"Azərbaycan Ermənistana döyüş meydanında cavab verib" - PA rəsmisi 

Hazırda oxunan: "Azərbaycan Ermənistana döyüş meydanında cavab verib" - PA rəsmisi 

99764

"Azərbaycanın mülki şəhərlərinin ballistik raketlərlə atəşə tutulmasının, 100-ə yaxın mülki insanın qətlə yetirilməsi, 500-ə yaxın insanın yaralanmasının məsuliyyəti Ermənistanın hərbi siyasi rəhbərliyinin üzərinə düşür". 

Bizim.Media xəbər verir ki, bu fikirləri bu gün Prezident Administrasiyasının Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev Gəncəyə raket hücumlarının ikinci ildönümü ilə bağlı şəhərdə keçirilən tədbirdə deyib. 

O bildirib ki, Azərbaycan Ermənistana döyüş meydanında cavab verib.

" Ermənistan müharibənin ilk günlərindən Azərbaycana qarşı informasiya müstəvisində dezinformasiyalar, “feyk” xəbərlər yaymaqla məşğul olub. Azərbaycan həm döyüş meydanında, həm də informasiya məkanında mübarizə aparırdı. Azərbaycan öz qapılarını bütün beynəlxalq mətbuat nümayəndələrinin üzünə açıb ki, onlar həqiqəti öyrənə bilsinlər", - deyə o əlavə edib. 

Sektor müdiri Gəncəyə səfər edən xarici diplomatları bu şəhərə raket hücumlarının nəticələri ilə bağlı bütün həqiqətləri öz ölkələrində bölüşməyə çağırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO