“Gərəkən imzaları toplayıb Dairə Seçki Komissiyasına təqdim etmişik”x9d.xa0
Bunu Moderator.az - a açıqlamasında Dövlətlərarası Media və Diplomatiya Mərkəzinin rəhbəri, millət vəkilliyinə namizədliyini irəli sürmüş siyasi icmalçı və jurnalist Ülkər Musazadə deyib. Onun sözlərinə görə, imzaların qeydə alınmaması mümkün deyil:xa0
“Mənim üçün dürüstlük və ədalət hər şeydən önəmlidir. Əgər bu seçkilərdə şüarım “Ədalət zəfər çalacaq”x9d kəlməsidirsə, hər hansısa saxtakarlığa yol verməm gülünc olardı. Digər tərəfdən hər kəs şahidimdir ki, mən topladığım 550 imza üçün şəxsən özüm həmin ailələrdə olmuşam. Bunu edəndə məni qınayanlar da vardı. Amma mən bunu etdim. Etməyimin səbəbləri haqqında sosial şəbəkədə də öz fikrimi bildirmişəm. Mən mənə səs verəcək soydaşlarımın yaşayış səviyyəsini özüm görmək istəyirdim və getdim, gördüm.xa0
28 sentyabrda mən artıq imzaları Dairə Seçki Komissiyasına təqdim etmişəm. Namizədliyin qeydə alınması üçün keçid imza sayı 450-dir. Biz 550 imza toplamışıq. Əgər burada vəsiqəsinin zamanı keçən və qaralama halları olan imzaları belə saymasaq 450 səs mütləq qalmalıdır. Özüm kənd Əhmədlidə yaşayıram. Burada doğulub, burada böyümüşəm. Mən Xətai rayonunun sakini olaraq, buranın problemlərinə seçicilərim qədər bələdəm. İmzatoplama zamanı hər bir Əhmədli kəndinin sakinin sadəcə böyük rəğbəti və bütün 33 saylı Xətai dairəsinin sakinlərinin xeyir-duası ilə bu yola çıxdığımın bir daha şahidi oldum. Buna çox sevinirəm. Ona görə də əminliklə deyə bilərəm ki, mənim topladığım imzalarda heç bir saxtakarlığa yol verilməmişdir. İnanıram ki, DSK ədalətli qərar verəcək və mənim namizədliyim rəsmən qeydə alınacaqdır!”x9dxa0
Xatırladaq ki, Ülkər Musazadə bu il noyabrın birində keçiriləcək 5-ci çağırış Parlament seçkilərində 33 saylı Xətai 1-ci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.xa0
Qeyd edək ki, 33 saylı Xətai Seçki Dairəsindən irəli sürülmüş namizədlər arasında yeganə xanım namizəd Ülkər Musazadədədir.
































































































