"Sərhəddə vəziyyət sabitdir, əsas odur ki, münasibətlərin normallaşmasının başlanğıc prosesi pozulmasın".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Səmərqənddə rusiyalı həmkarı Vladimir Putinlə görüşdə bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevlə Putin arasında görüş: Sərhəddəki gərginlik MÜZAKİRƏ EDİLDİ - VİDEO
"Döyüşlər 8 saatdan az davam edib. Ermənistan tərəfi atəşkəs barədə razılığı dərhal yerinə yetirməsə də, artıq 2 gündür ki, atəşkəs rejiminə əməl olunur. Bu, onu göstərir ki, nə Azərbaycanın, nə də Ermənistanın genişmiqyaslı eskalasiya niyyəti olmayıb. Təəssüf ki, sərhəd münaqişələri olur. Hər iki tərəfdən çoxsaylı itkilər var".
Qeyd edək ki, liderlərin görüşü Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçılarının 22-ci Zirvə Toplantısı çərçivəsində keçirilib.
Bizim.Media