Rusiya hansı ölkələrdən silah almağa məcbur olub? - SİYAHI

Rusiya hansı ölkələrdən silah almağa məcbur olub? - SİYAHI

Hazırda oxunan: Rusiya hansı ölkələrdən silah almağa məcbur olub? - SİYAHI

92589

Ukrayna mətbuatının iddiasına görə Rusiyanın hərbi sursatı tükənib. Ona görə də Moskva Belarusdan, Çindən, Şimali Koreyadan, İrandan və digər ölkələrdən hərbi sursat tədarükünə başlayıb.

Məsələyə hərbi ekspert Elxan Şıxəliyevin fikirlərini öyrəndik. O Bizim.Media-ya müsahibəsində yayılan informasiyada müəyyən həqiqətin olduğunu bildirdi:
 

MÖVZU İLƏ BAĞLI:

Avropa ölkələrinin silah ehtiyatları tükənir


“Rusiya Ukrayna ilə müharibəyə başlayanda düşünürdü ki, 1 həftəyə münaqişəni başa çatdıracaq. Amma bu belə olmadı. Müharibə artıq 195-gündən artıqdır ki, davam edir. Belə vəziyyətdə hansısa sursatın tükənməsi normal haldır. Adətən müharibənin birinci ayında ən intensiv atışlar həyata keçirilir. Xüsusilə də bu zaman raketlərdən və mərmilərdən istifadə edilir. Müharibə uzandıqca təbii ki, bu sursatlar azalır. Zərurət yaranır ki, yeniləri gəlsin. Belə vəziyyətdə isə tükənmələrin olması normal haldır.

Burda başqa bir məsələ də var. Rusiyanın hərbi sənayesi nə qədər böyük olsa da hər zaman xarici ölkələrdən hissələr və detallar alıb. Bu gün Rusiyaya tətbiq edilən sanksiyalar üzündən artıq Moskva ənənəvi partnyorlarından ehtiyat hissəsi ala bilmir. Məcbur olur ki, yeni bazarlar, yeni partnyorlar tapsın”. 

Elxan Şıxəliyev onu da əlavə etdi ki, döyüş komplektləri 3 istiqamətdə olur:
 

“Biri hərbi hissələrdə, biri anbarlarda, biri də istehsal zavodlarında. İndi də istehsal müəssisələri istifadə olunan mərmilərin yerini doldurmaqda çətinlik çəkirlər.  Çünki, istehsalın normal işləməsində müəyyən problemlər var.


Bu da əsasən ehtiyat hissələrinin çatışmazlığıdır. Bu vəziyyətdə Rusiya əvvəllər xarici ölkələrə satdığı sursatın bir qismini geri ala bilər. Və yaxud ən son hərbi sursat idxal oluna bilər. Bu normal prosesdir. İndiki vəziyyətdə bu məsələnin üzə çıxmasının əsas səbəbi cəbhədə yaranan ehtiyacın tam ödənilməməsidir. Rusiya əslində istehsalatın problemini yaşayır. Və bu problemi tez bir zamanda aşa bilməyəcəyini də düşünürəm. Çünki, Rusiya hərbi sənayesi nə qədər mobil olsa da, müəyyən qədər xaricdən asılılığı da var. Unutmayaq ki, sursat çatışmamazlığı təkcə Rusiyada deyil, həm də Ukraynada var. Yəni müharibə uzandıqca ehtiyatlar tükənir”.

Ona görə də Rusiya bir sıra xarici ölkələrdən silah tədarükünə başlayıb. Nəzərə alaq ki, ilk sanksiyalardan sonra Rusiyanın xaricdən silah tədarükünün təxminən 78 faizi Qərb ölkələrindən olub. Amma Yaponiya da bu siyahıda ön sırada gedir. 2015-2020-ci illərdə Rusiya Avropadan 273 milyon avro dəyərində hərbi texnika alıb.
 

2014-cü ildə Krımın ilhaqından sonra Aİ-nin Rusiyaya tətbiq etdiyi silah embarqosuna baxmayaraq, onlar Moskvaya müxtəlif avadanlıqlar, o cümlədən bombalar, raketlər, mərmilər və toplar göndəriblər.


Moskvanın aldığı silahların hazırda Ukraynaya qarşı müharibədə istifadə olunduğunu ehtimal edilir. Avropa Komissiyasının məlumatlarına görə, 2021-ci ildə Kremlin hücuma hazırlaşdığı bir vaxtda Aİ ölkələri Rusiyaya 39 milyon avro dəyərində silah və sursat satıb. Bütün qadağalar baxmayaraq bir sıra Avropa ölkələri bu gün də Rusiyaya leqal və qeyri-leqal silah satır. Bundan əlavə, iqtisadi sanksiyaların tətbiqindən sonra Rusiya əsasən Asiya ölkələrinə üz tutub. 

Hazırda Rusiyanın silah-sursat aldığı əsas ölkələr bunlardır:

1. Çin

2. Tayvan

3. KXDR

4. Hindistan

5. İran

6. Yaponiya

7. Bolqarıstan

8. Macarıstan

9. İsrail

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO