Ceyhun Bayramov BƏƏ-dən olan həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə etdi

Ceyhun Bayramov BƏƏ-dən olan həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə etdi

Hazırda oxunan: Ceyhun Bayramov BƏƏ-dən olan həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə etdi

599037

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini və xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, söhbət zamanı Yaxın Şərqdə son günlər müşahidə olunan hərbi toqquşmalar və təhlükəsizlik mühitindəki gərginlik əsas müzakirə mövzusu olub.

Tərəflər yaranmış vəziyyət ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər. Mövcud hərbi eskalasiyanın regional sabitlik üçün yaratdığı risklər xüsusi qeyd edilərək, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsinin, münaqişənin dialoq və siyasi vasitələrlə həllinin zəruri olduğu vurğulanıb.

Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin prioritet məsələ olduğu bildirilib. Nazir Ceyhun Bayramov qarşıdurma nəticəsində mülki insanların həlak olması və xəsarət alması ilə bağlı başsağlığı diləklərini çatdırıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO