Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki hesabında Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birgə "Euronews"a verdikləri müsahibənin linkini paylaşıb.
MÖVZU İLƏ BAĞLI:
Hikmət Hacıyev və Qriqoryan "Euronews"a birlikdə müsahibə verdilər - FOTO
Bizim.Media xəbər verir ki, "Euronews"a verdikləri eksklüziv müsahibədə Azərbaycan və Ermənistanın yüksəksəviyyəli nümayəndələri vaxtilə ağlasığmaz sayılan sülh prosesinin sabitlik və iqtisadi dəyişikliklər üçün birgə strategiyaya necə çevrildiyini ictimaiyyətə açıqlayıblar.
Armen Qriqoryan və Hikmət Hacıyev ilk dəfə olaraq birlikdə çıxış edərək, 2020-ci ildə başlanan sülh prosesinin "geridönüşü olmayan" olduğunu və artan etimada əsaslandığını bəyan ediblər", - məqalədə vurğulanır.
Armenia, Azerbaijan representatives detail peace plan and new US-backed corridor //t.co/JZtxgXQ308
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 10, 2025
Bizim.Media




























































































