Milli Məclisin sədri Sahibə Qafarova Latviyaya rəsmi səfəri çərçivəsində bu ölkə parlamentinin (Seym) sədri İnara Murniyetse ilə görüşüb.
Milli Məclisdən Bizim.Media-ya verilən məlumata görə, İnara Murniyetse Latviyanın Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm veridiyini, Cənubi Qafqazda sabitliyin təmin edilməsində maraqlı olduğunu söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Sahibə Qafarova monteneqrolu həmkarı ilə görüşdü - FOTO
Milli Məclisin sədri Sahibə Qafarova səfərə dəvətə və göstərilən qonaqpərvərliyə görə, minnətdarlığını bildirib. Spiker bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib.
Spiker Sahibə Qafarova həmkarına fevralın 26-da Azərbaycan xalqının Xocalı Soyqırımının 30-cu ildönümünü yad edəcəyini qeyd edərək, Ermənistan tərəfindən törədilən bu Soyqırımı haqqında geniş məlumat verib.
Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafı ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media