İƏT-in Azərbaycanda keçiriləcək Zirvə görüşünə hazırlığa dair müzakirələr aparıldı - FOTO

İƏT-in Azərbaycanda keçiriləcək Zirvə görüşünə hazırlığa dair müzakirələr aparıldı - FOTO

Hazırda oxunan: İƏT-in Azərbaycanda keçiriləcək Zirvə görüşünə hazırlığa dair müzakirələr aparıldı - FOTO

575833

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 17-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin baş direktoru Azər Bayramovu qəbul edib.

Bu barədə Bizim.Media-ya Azərbaycan XİN-dən məlumat verilib.

Bildirilib ki, görüşdə yeni yaranmış və İƏT-in ixtisaslaşmış təşkilatlarından olan Əmək Mərkəzinin gördüyü işlər və gələcək planlar müzakirə olunub.

Bununla yanaşı, Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi, İƏT-in gələn il Azərbaycanda keçiriləcək Zirvə görüşünə və digər yüksək səviyyəli tədbirlərə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

C.Bayramov təşkilatla qurulan sıx əməkdaşlıq əlaqələrini məmnunluqla vurğulayıb. Bakıda İƏT üzv dövlətlərinin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində təsis edilmiş Əmək Mərkəzinin təşkilat çərçivəsində münasibətləri daha da irəli aparacağı qeyd olunub.

Aparılacaq işlərin əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv ölkələrin əməkdaşlığının genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO