Xədicə İsmayılova: “İlham Əliyev haqlıdır, çünki Ermənistan...”

Hazırda oxunan: Xədicə İsmayılova: “İlham Əliyev haqlıdır, çünki Ermənistan...”

56754

"Qərbdə bəzi insanlar deyirdilər ki, mən Qarabağ məsələsində Ermənistana qarşı çıxsam, məni dəstəklədiklərinə görə peşman olacaqlar. Bunu əvvəlcədən bilsəydim, onların dəstəyindən dərhal imtina edərdim. Mən təkcə Əliyevləri tənqid edəndə söz azadlığım bitirki? Niyə mənə icazə verilir ki, təkcə Azərbaycan hakimiyyətinin problemlərini qaldırım, Ermənistanın yox? Bu, təkcə Əliyevin müharibəsi deyil, bütün Azərbaycan xalqının müharibəsidir. 600 mindən çox insan öz ölkələrində qaçqın vəziyyətinə düşüb. Mən Əliyevi dəstəkləmirəm, lakin Qarabağla bağlı o, haqlıdır, çünki Ermənistan beynəlxalq hüququ pozaraq ölkəmizi işğal edib”.

Bizim.Media xəbər verir ki, bu fikirləri müxalifətçi azərbaycanlı jurnalist Xədicə İsmayılova almandilli  “Zenit” jurnalına müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, münaqişə İlham Əliyevlə başlamayıb:

“Ən şiddətli toqquşmalar ondan xeyli əvvəl olub. Ona görə də “rəsmi Bakı  Qarabağ ermənilərini Azərbaycan hakimiyyəti altında yaşamaq imkanından məhrum edir” arqumentini qəbul etmirəm. Əslində, bu, kökündən yalandır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO