“Mossad”ın agentindən Azərbaycanla bağlı saxta müsahibə haqqında AÇIQLAMA

“Mossad”ın agentindən Azərbaycanla bağlı saxta müsahibə haqqında AÇIQLAMA

Hazırda oxunan: “Mossad”ın agentindən Azərbaycanla bağlı saxta müsahibə haqqında AÇIQLAMA

45666

Xəbər verdiyimiz kimi, oktyabrın 31-də israilli jurnalist Gil Hoffmana məxsus internet saytında “Mossad”ın keçmiş rəsmisi və İsrail Baş nazirinin milli təhlükəsizlik müşaviri (2009-2011) olan Uzi Aradla “müsahibə” dərc edilib. 

Saxta müsahibədə Arad Azərbaycan Prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva ilə tanışlığı haqda informasiya verib. “Müsahibə”də guya Leyla Əliyeva “ravvinlər icazə versəydi, yəhudiliyi qəbul etməyi şərəf hesab edərdi” fikirlərini səsləndirib.

Qeyd edək ki, saxta müsahibənin məhz bu epizodu qonşularımız - Ermənistan və İranın sosial şəbəkələrində və mediasında ən çox sitat gətirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycana qarşı təxribatların ikinci dalğası – Təxribatlarda İRAN İZİ - FOTO


Bizim.Media xəbər verir ki, vəziyyətə aydınlıq gətirmək üçün üçün haqqın.az Uzi Araddan açıqlama alıb. 

“Bütün bu məqalə başdan ayağa tamamilə uydurmadır. Bir dənə də olsun, heç bir detal və ya tarix yoxdur. Başdan sonadək hər şey tamamilə yalandır. Bu qədər sadə. Bu müsahibə heç vaxt olmayıb. Gil Hoffman əsl israilli jurnalistdir. Ona görə də məndən heç vaxt müsahibə almayıb. Bu barədə birbaşa ondan soruşa bilərsiniz. O, belə bir müsahibənin dərc olunduğu barədə mənə xəbərdarlıq etdi və onun adının bu məsələdə hallanmasına görə üzr istədi. Ona görə də nə bu jurnalistlə, nə də başqası ilə bu müsahibə heç vaxt olmayıb”, deyə o, qeyd edib.

U.Arad Leyla Əliyeva ilə bağlı sualı belə cavablandırıb:

“Sizin mənə haqqında sual verdiyiniz xanımla bağlı isə deyə bilərəm ki, o xanımın kim olduğunu bilmirəm. Məncə, kimsə bunu qəsdən edib. Adımın saxta xəbərlərdə hallanmasına görə çox təəssüflənirəm. Elə insanlar, orqanlar və qurumlar var ki, dezinformasiya və yalan yaymağı təcrübəyə çeviriblər”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO