Fərhad Məmmədov: “Ermənistanda siyasi gərginlik silahlı gərginliyə çevrilə bilər”

Fərhad Məmmədov: “Ermənistanda siyasi gərginlik silahlı gərginliyə çevrilə bilər”

Hazırda oxunan: Fərhad Məmmədov: “Ermənistanda siyasi gərginlik silahlı gərginliyə çevrilə bilər”

2845

Ermənistan Azərbaycan qarşısında məğlub olduqdan və məğlubiyyət aktı imzalandıqdan sonra ölkədə gərginlik hər gün artır. Xalq və siyasilər Ermənistan hakimiyyətini, Nikol Paşinyanı istefaya çağırır. Burada həm parlamentdə təmsil olunan, həm də parlamentdə təmsil olunmayan, amma kifayət qədər geniş resurslara malik olan siyasi partiyalar var.

Bu sözləri Ermənistandakı daxili vəziyyətlə bağlı Bizim Media-ya açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

O, əlavə edib ki, hakimiyyət komandasında Paşinyana ciddi etibarsızlıq atmosferi formalaşıb: 

“Bir neçə deputat öz mandatından imtina edib, dünən xarici işlər naziri Zöhrab Mnatsakanyan, eləcə də, diplomatik korpusun bir neçə nümayəndəsi istefa ərizələri yazıblar."

"Bu da Paşinyanın verdiyi açıqlamaların nəticəsində baş verib."

"Bütün bu proseslərə təhlükəli don geydirən faktor odur ki, müharibə dövründə bir neçə siyasi partiya özünümüdafiə qüvvələri formalaşdırıb və onlara silahlıdırlar. Qarabağda ermənilər tərəfindən döyüşənlərə də silah paylanıb."

"Son iki həftə ərzindədə Ermənistanın təhlükəsizlik strukturları bəyanatlar verirdilər ki, Qarabağda olan qeyri-leqal silahlar Ermənistana yayılıb. Bu da o anlama gəlir ki, siyasi gərginlik artıq silahlı gərginliyə gətirib çıxara bilər."

"Çünki siyasi qüvvələrin silahlı dəstələri formalaşmaqdadır."

Politoloq hesab edir ki, üçüncü ən vacib məsələ ondan ibarətdir ki, hələ ki, Ermənistanda hərbi vəziyyət davam edir. Hərbi vəziyyətin əsas şərtlərindən biri siyasi fəaliyyətin dondurulması, kütləvi aksiyaların keçirilməsinə qadağanın təmin edilməsidir.

Fərhad Məmmədovun sözlərinə görə, bu durumda parlamentin iclasları da keçirilməyə bilər:

“Məlumatlara görə Paşinyandan tələb edilir ki, hərbi vəziyyət ləğv edilsin, siyasi partiyalar siyasi mübarizəyə qoşulsunlar, mitinqlər, aksiyalar keçirsinlər. İndiki aksiyalar qeyri-qanunidir, hüquq-mühafizə orqanları onun qarşısını alırlar. Amma yadımıza 2018-ci ili salsaq, Paşinyan o vaxt təşkil etdiyi  kütləvi aksiyalarda on minlərlə insan iştirak edirdi. Lakin bu heç də Serj Sarkisyanın istefasına gətirib çıxarmadı."

"Nə vaxt ki, ordunun nümayəndələri, əsgərlər aprel ayında kazarmadan çıxıb Paşinyanın mitinqlərinə qoşuldular, Sarkisyan istefa verdi”.

Fərhad Məmmədovun fikrincə, indi də etiraz aksiyaları keçirilsə və onların qarşısı alınmasa, böyük ehtimalla hüquq mühafizə orqanlarının siravi işçiləri, Qarabağdan gələn məğlub ordunun əsgərləri, özünümüdafiə qrupları bu aksiyaya qoşula bilər:

“Bununla da artıq dövlət süqut edir."

Çünki generalların əmrləri siravi əməkdaşlar tərəfindən icra edilməyəcək. Bu dörd faktor üzrə Ermənistanda siyasi proseslər gərgin şəraitdə inkişaf edir. Bu ilk növbədə siyasi böhrana, sonra iqtisadi böhrana gətirib çıxaracaq”.

Ağanisə Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO