Hikmət Hacıyev “feyk nyus” hücumlarından danışdı

Hikmət Hacıyev “feyk nyus” hücumlarından danışdı

Hazırda oxunan: Hikmət Hacıyev “feyk nyus” hücumlarından danışdı

25349

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan paneldə çıxış edib.

Bizim.Media xəbər verir ki, “Virtual dünyada saxta xəbərlər” mövzusunda keçirilən paneldə hazırda qlobal problemə çevrilən saxta, uydurma informasiyaların yayılması, onun yaratdığı təhlükələr və vəziyyətdən çıxış yolları müzakirə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Hikmət Hacıyev: “Sosial media saxta xəbərləri böyüdür”


Paneldə münaqişələrin qarşısının alınması və erkən xəbərdarlıq mərkəzinin prezidenti xanım Lulian Cifunun, tanınmış yazıçı, Portuqaliyanın keçmiş Avropa naziri Bruno Macaesin, Qətərin xarici işlər nazirinin köməkçisi və Xarici İşlər Nazirliyinin sözçüsü Lolvah Rashid Al-Khaterin çıxışları dilənilib.

Paneldə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ölkəmizin müxtəlif vaxtlarda müəyyən dairələr tərəfindən məqsədli şəkildə yayılan “feyk nyus” hücumlarına məruz qaldığını, hətta bəzi xarici kütləvi informasiya vasitələrinin həqiqətə uyğun olmayan həmin informasiyalara istinad edərək Azərbaycan haqqında yanlış rəy formalaşdırmağa çalışdığını bildirib.

Təəssüflə qeyd olunub ki, hətta bəzi hallarda Azərbaycan haqqında həqiqi məlumat yayan şəxslərin sosial media hesablarının bağlanması halları da müşahidə olunub.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, həmçinin səfirlər, deputatlar, digər nüfuzlu şəxslər paneldə iştirak ediblər.

Çıxışlardan sonra suallar cavablandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO