Prezident: “Minimum əməkhaqqı, sosial müavinətlərin artırılması məsələlərinə diqqət göstərəcəyik” - VİDEO

Prezident: “Minimum əməkhaqqı, sosial müavinətlərin artırılması məsələlərinə diqqət göstərəcəyik” - VİDEO

Hazırda oxunan: Prezident: “Minimum əməkhaqqı, sosial müavinətlərin artırılması məsələlərinə diqqət göstərəcəyik” - VİDEO

228945

Prezident İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsində Azərbaycanda sosial sahədə atılan addımlardan danışıb.

Bizim.Media xəbər verir ki, bu il yanvarın birindən minimum əməkhaqqının və pensiyanın artdığını vurğulayan dövlətimizin başçısı deyib: 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev yerli televiziya kanallarına müsahibə VERDİ - FOTO/VİDEO


“Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Cəmiyyətdə də, siyasətdə də, ailədə də hər şey ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub”.

Son bir neçə il ərzində dörd sosial paketin həyata keçirildiyini vurğulayan Prezident, həmçinin qeyd edib:

“İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO