Elmar Məmmədyarovdan XƏBƏRDARLIQ: “Qərb Gürcüstanda rəngli inqilaba cəhd edəcək"

Elmar Məmmədyarovdan XƏBƏRDARLIQ: “Qərb Gürcüstanda rəngli inqilaba cəhd edəcək"

Hazırda oxunan: Elmar Məmmədyarovdan XƏBƏRDARLIQ: “Qərb Gürcüstanda rəngli inqilaba cəhd edəcək"

218464

Xəbər verdiyimiz kimi, ötən axşamdan Tiflisdə müxalifətin mitinqi davam edir. Gürcüstan Prezidenti Salome Zurabişvilinin də qatıldığı etiraz aksiyasında seçkilərin yenidən keçirilməsi tələb olunur.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası 89 deputat mandatı qazanıb.

Amma bəzi müxalif qüvvələr kimi Qərb də nəticələrlə razılaşmır. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrinin müzakirə olunacağı Siyasət və Təhlükəsizlik üzrə Komitənin iclasının çağırıldığını bildirib:

“Mən bu məsələni noyabr ayında keçiriləcək Xarici İşlər üzrə (Aİ) Şurasının gündəliyinə də daxil etmişəm”.

Onun sözlərinə görə, Gürcüstan Aİ-yə namizəd ölkədir və buna görə də Avropa dəyərlərinə sadiqliyini nümayiş etdirməlidir.

Gürcüstandakı proseslər nə ilə yekunlaşacaq?

Sabiq xarici işlər naziri  Elmar Məmmədyarov mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında bildirib ki, Qərb dayanmayacaq:
 

MÖVZU İLƏ BAĞLI:

Qərbin “İKİNCİ CƏBHƏ” PLANI – Gürcüstanı da Ukraynanın vəziyyətinə salmaq istəyirlər –TƏHLİL


“Çalışacaq ki, maksimum dərəcədə rəsmi Tiflisə təzyiq göstərsin. Çünki seçkilərin nəticələri Qərbi qətiyyən qane etmir. Ona görə də Qərb çalışacaq ki, indiki nəticələr tanınmasın və hətta rəngli inqilab üçün də cəhdlər olacaq. Amma hər şey Gürcüstan hökumətindən və gürcü xalqından asılıdır. Xalq kimin tərəfini tutsa, son söz də həmin qüvvənin olacaq.

Seçkilərin nəticəsi də göstərir ki, gürcü xalqı öz seçimini edib. Xalq “Gürcü arzusu”nun tərəfindədir. Lakin müxalifət də məğlubiyyəti ilə barışmaq istəmir və etiraz mitinqləri keçirir. Əgər hökümət etiraz mitinqlərinə səbrlə yanaşsa, iştirakçılara qarşı hər hansı bir təzyiq göstərilməsə, o zaman problem olmayacaq. Hər kəs gəlib sözünü deyib, gedəcək. Təbii ki, təxribatlar da ola bilər. Hökumət belə təxriabtlara hazır olmalıdır. Ən əsası maraqlı qüvvələrin əlinə fakt, fürsət verilməməlidir”.

Bəs, Qərb hansı addımlar atacaq?

Müsahibimiz bildirib ki, Qərb əsasən narazı qüvvələrlə işləməyə üstünlük verəcək:

“QHT-lərə və bəzi siyasi qüvvələrə maddi yardımlar ediləcək. Eyni zamanda informasiya dəstəyi də göstəriləcək. Qərb mətbuatı Gürcüstanla bağlı məsələləri daha çox müzakirə obyektinə çevirəcək. Çalışılacaq ki, Gürcüstanda vəziyyət qarışsın.

Amma inanmıram ki, bu proses rəngli inqilaba qədər gedib çıxsın. Buna Gürcüstan hökuməti imkan verməyəcək. Heç etirazçılarda da o fikir görünmür. Sadəcə müəyyən qüvvələr seçkilərin nəticəsindən narazıdır və bu narazılıqlarını mitinqlərlə bildirirlər. Gəldilər, Gürcüstanın və Avropa İttifaqının himnlərini oxudular, fikirlərini deyib getdilər.

Amma əvvəlki kimi daha küçələrdə, meydanlarda çadırlar qurulmur, etirazçılar meydanlarda gecələmirlər. Bu da o deməkdir ki, rəngli inqilab üçün heç bir şərait, əsas yoxdur. Ona görə də Qərbin planı bu dəfə baş tutmayacaq.  Ən azından bu indi belə görünür. Amma bir həftə sonra nə olacağını proqnozlaşdırmaq çətindir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO