Qərbin RİYAKAR ETİRAFI – Ermənistanı cəzalandırmaq yerinə niyə “dialoq aparmağı” SEÇİRLƏR?

Qərbin RİYAKAR ETİRAFI – Ermənistanı cəzalandırmaq yerinə niyə “dialoq aparmağı” SEÇİRLƏR?

Hazırda oxunan: Qərbin RİYAKAR ETİRAFI – Ermənistanı cəzalandırmaq yerinə niyə “dialoq aparmağı” SEÇİRLƏR?

212799

Avropa Şurasının Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsi Peter Stano bildirib ki, Avropa İttifaqı (Aİ) Ermənistandan Rusiyaya sanksiya qoyulmuş malların tədarükü məsələsini araşdırır

P. Stanonun sözlərinə görə, Avropa İttifaqı sanksiya tətbiq olunmuş malların Aİ-dən üçüncü ölkələrə və üçüncü ölkələrdən Rusiyaya ticari axınlarını diqqətlə izləyir. 
 

MÖVZU İLƏ BAĞLI:

Qərb və Rusiyadan qarşlıqlı NÜVƏ TƏHDİDLƏRİ – Bəşəriyyət qiyamətə sürüklənir?


"Ermənistan kontekstində biz həqiqətən müəyyən anormal ticari axınlar müşahidə etmişik. Biz bu məsələni nəzərdən keçiririk və Ermənistan hakimiyyəti ilə dialoq aparırıq", - o deyib. 

Beləliklə, Aİ Ermənistanın Rusiya ilə sanksiya altında olan malların ticarətində işbirliyində olduğunu etiraf edir. Lakin açıqlamadan da göründüyü kimi, onlar İrəvanı cəzalandırmaq yerinə, “dialoq aparmağı” daha məqbul hesab edirlər. Bu isə Qərbin ikiüzlülüyünün göstərcisidir.

Hansı ki, Gürcüstan bir qanun layihəsinə görə ABŞ və Aİ-nin sanksiyaları ilə üzləşib. Ancaq Ermənistan Qərbin “baş düşmən” elan etdiyi Rusiyanın “örtülü bazarı”na çevrildiyi halda nədənsə Aİ buna səssiz qalmağı seçir

Qərb ikiüzlülüyündən niyə əl çəkmir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Elşən Mirzəoğlunun fikrincə, indiki şəraitdə Qərb Rusiyaya sanksiyalardan yayınmaqda kömək edən Ermənistana heç bir sanksiya tətbiq etməyəcək:

“Çünki bu halda Qərb özü Ermənistanı Rusiyanın ağuşuna atmış olacaq. Ona görə də düşünmürəm ki, Aİ Ermənistanla münasibətlərin forma və mənzmununa baxacağı ilə bağlı suallar üzərində dayanacaq. 

Ermənistan iqtidarının qərbyönümlü siyasət yürütməsinə baxmayaraq, indiki reallıqlarda onun Aİ-yə gerçək inteqrasiyası qeyri-mümkündür. Ermənistanın Aİ-yə çıxışı yoxdur. Türkiyə yolu bağlıdır, İran vasitəsilə bu yolun transfer imkanı məhduddur. Azərbaycan tərəfindən məlum blokadaya görə də İrəvan bu imkandan məhrum olub. Ermənistanın iqtisadi əlaqələrində də əsas yeri Rusiya tutmaqda davam edir. 


Azərbaycanın Rusiya ilə iqtisadi dövriyyəsi 5 milyard dollara yaxındırsa, Ermənistanın Rusiya ilə dövriyyəsi isə 14,7 milyard dollardır. İrəvan həmçinin Avrasiya İqtisadi Birliyinin üzvüdür. Başqa bir tərəfdən, Qərb sanksiyaları altında olan Rusiya şirkətləri öz mallarını bazarlara çıxarmaq işində Ermənistandan ötürücü kimi istifadə edirlər. 

Yəni Ermənistan ikili fəaliyyət göstərir. 

Bir tərəfdən Paşinyan ABŞ qarşısında üzərinə götürdüyü öhdəlikləri icra edir. Aİ və ABŞ məlum islahatlara dəstək kampaniyası adı altında Ermənistana maliyyə dəstəyi də verir”. 

Ekspert qeyd edir ki, Qərbin Ermənistanda marağı Rusiyaya qarşı Cənubi Qafqazda ikinci cəbhə açmaq planı ilə bağlıdır: 

“Habelə İrəvan vasitəsilə Qərb Cənubi Qafqazın geosiyasi konfiqurasiyasını dəyişmək istəyir. Bu kontekstdə də Qərb Paşinyanla əməkdaşlığı davam etdirməyə məcburdur. Paşinyan da həm Qərbə lazım olduğunu, həm də Rusiyaya lazım olduğunun mahiyyətinə varır”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO