İlham Əliyev Bilal Ərdoğanı qəbul edib - VİDEO

İlham Əliyev Bilal Ərdoğanı qəbul edib - VİDEO

Hazırda oxunan: İlham Əliyev Bilal Ərdoğanı qəbul edib - VİDEO

208906

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.

Bizim.Media xəbər verir ki, Bilal Ərdoğan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin dövlət başçısına çatdırmağı xahiş edib.

Dünya Etnoidman Konfederasiyasının fəaliyyətini yüksək qiymətləndirən Azərbaycan Prezidenti əldə olunmuş uğurlar münasibətilə təbriklərini çatdırıb. Dövlətimizin başçısı ölkəmizin Konfederasiyada fəal təmsil olunduğunu bildirərək, Azərbaycan idmançılarının bu qurumun yarışlarında uğurla iştirak etdiklərini deyib.

Görüşdə ölkələrimiz arasında qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin olduğu bir daha qeyd edilib, Azərbaycanın və Türkiyənin həmişə bir-birinin yanında olduqları vurğulanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO