Avropa İttifaqı yeni OYUN qurur - Azərbaycan bu dəfə də QALİB tərəf olacaq

Avropa İttifaqı yeni OYUN qurur - Azərbaycan bu dəfə də QALİB tərəf olacaq

Hazırda oxunan: Avropa İttifaqı yeni OYUN qurur - Azərbaycan bu dəfə də QALİB tərəf olacaq

202704

Xəbər verdiyimiz kimi iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı keçirilib. Toplantıya Avropanın əksər ölkə liderləri qatılıb. Bu dəfəki görüşdə də ənənəvi olaraq Avropanı və dünyanı narahat edən məsələlər müzakirə edilib, müəyyən təkliflər səslənib.

Bəs “Avropa Siyasi Birliyi” nə deməkdir?

Avropa Siyasi Birliyi ideyası 2022-ci ildə ortaya atılıb. İdeya müəllifi isə Fransa prezidenti Emmanuel Makrondur. Belə bir təşkilatın yaradılma hədəfi Avropa ölkələrinin siyasi birliyinə nail olmaqdır. Bu əslində bəzi Avropa dövlətlərinin Avropa İttifaqına can atmasının qarşısını almaq üçün düşünülmüş bir ideyadır. Qərb postsovet ölkələrini Aİ-yə qatmaq istəmir. Bunun əvəzində isə Avropa Siyasi Birliyində onların aktiv iştirakına meydan açır. 

Qısası bu ideyanın müəllifləri Aİ-yə üzv olmaq istəyən dövlətlərə açıq şəkildə deyirlər ki, biz iqtisadı qazanclarımızı və iqtisadi maraqlarımızı sizinlə bölüşə bilmərik, amma siyasi yöndə istədiyiniz qədər müzakirələr apara bilərik. Hətta birgə siyasi bəyanat da verə bilərik.

Bu da o deməkdir ki, Avropa Siyasi Birliyi olsa-olsa məşvərətçi bir qurum olacaq. Onun əlində Aİ-nin imkanları qədər təsir rıçaqları olmayacaq.

Yəni nə sanksiya tətbiq edə biləcək, nə də hansısa tələblə çıxış edəcək. Ancaq fikir bildirəcək. Vəssalam!

Bununla belə bu ideya qlobal çağırışların müzakirəsi üçün maraqlı platformadır. Ona görə də əks ölkələr bu tədbirə həvəslə qatılır. Nəzərə alaq ki, öz sıralarına  ancaq siyasi liderləri cəlb edən sammit bu dəfə bir neçə mühüm hadisə fonunda keçirilirdi. Məlumdur ki, Aİ və Avropa Şurasına yenicə seçkilər keçirilib.

Təsadüfi deyil ki, sammitdə yenicə ikinci müddətə Avropa Komissiyasının rəhbəri vəzifəsinə təyin edilmiş Ursula fon der Leyen  Avropa İttifaqının gələcək inkişafı ilə bağlı baxışını müəyyən edən əsas bəyanatlar verdi.

O, Avropa İttifaqının gələcək inkişafı üçün militarist ton yaratdı. Yəni birlik öz müdafiə komponentini sürətlə inkişaf etdirməyin lazım olduğunu söylədi. Digər tərəfdən, Macarıstanın baş naziri Viktor Orban Avropa Şurasının hazırkı prezidenti kimi  Ukrayna münaqişəsinin həlli üçün yeni sülh missiyası irəli sürür. O, Ukrayna ətrafında mövcud vəziyyətə tez bir zamanda son qoymağı vacib hesab edir.Lakin, onun mövqeyi Aİ üçün son dərəcə narahatedicidir.

Çünki, aparıcı Avropa dövlətləri Orbanın fikirləri ilə razılaşmır. Amma onun addımları Avropa Birliyində sağlam düşüncənin üstünlüyünü ifadə edir. Beləliklə, təkcə bu fakta görə biz hər kəsi siyasi birliyə şağıran Aİ-nin siyasi ictimaiyyətində parçalanmanı görürük.

İlham Əliyev sammitə niyə qatılmışdı?

Nəzərə alaq ki, İlham Əliyev bundan əvvəl də analoji sammitdə iştirak edib və Azərbaycan liderinin missiyası müxtəlif beynəlxalq platformalarda daha fəal şəkildə iştirak edərək milli maraqlarının həyata keçirilməsidir. Azərbaycanı qarşıda BMT-nin iqlim konfransı - COP29 beynəlxalq miqyaslı tədbir gözləyir.

Ona görə də bütün bu il ərzində İlham Əliyev faktiki olaraq Azərbaycanın beynəlxalq statusunu yüksəltmək və gələcəkdə Bakını dünya üçün iqlimlə bağlı qərarların verildiyi mərkəzə çevirmək istəyir. Təsadüfi deyil ki, bu vaxtadək müxtəlif qütblərdən olan əsas dünya oyunçuları Azərbaycanda keçiriləcək bu sammitdə iştiraklarını təsdiqləyib.

Bu gün Azərbaycan Prezidentinin məqsədi təkcə COP29 çərçivəsində qlobal iqlim problemlərini müzakirə etmək deyil.

Həm də qlobal miqyasda qarşı-qarşıya duran tərəflər arasında vasitəçi olmaq, Bakını qlobal problemlərin çözüldüyü bir platformaya çevirməkdir. Ona görə də İlham Əliyevin digər siyasi liderlərdən fərqli olaraq bu sammitə qatılmaqda konkret məqsədi vardı.

Azərbaycan kiçik regional ölkə deyil… Azərbaycan bu gün öz milli maraqlarını müdafiə edən, özünə qarşı hər cür təzyiqə müqavimət göstərən və faktiki olaraq beynəlxalq gündəmin formalaşmasında iştirak edən suveren dövlətdir.

Azərbaycan regional gücdən artıq beynəlxalq faktora çevrilmək iddiası ilə çıxış edir.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti Avropa Siyasi Birliyinin sammiti çərçivəsində “Enerji və kommunikasiyalar” mövzusunda keçirilən dəyirmi masada çıxışı zaman Azərbaycanın Qərb üçün nə qədər vacib tərəfdaş olduğunu xatırlatdı. Artıq Azərbaycan Avropanın  enerji bazarının ən mühüm aktorlarından biri statusuna nail olub. Təbii ki, Azərbaycan enerjisi bu gün Avropa üçün böyük maraq doğurur. Bu, həm də Azərbaycan üçün faydalı əməkdaşlıqdır. Nəzərə alaq ki, Azərbaycan və Britaniya arasında enerji sahəsində də sıx əməkdaşlıq məlumdur. Deməli, bu təmaslar sırf Azərbaycanın milli maraqlarına uyğun baş verir. 

Britaniyada keçirilən sammit İlham Əliyevin mükəmməl diplomatik keyfiyyətlərini bir daha nümayiş etdirdi. Onun müxtəlif dövlətlərin və strukturların rəhbərləri ilə səmimi ünsiyyətini gördük.

Bəlkə də buna görə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən qaçdı.

Çünki, Azərbaycan liderinin dəmir məntiqi qarşısında hər zaman çarəsiz və aciz qalan Paşinyan Azərbaycanla çox isti münasibətdə olan Böyük Britaniyada özünü həm də yad hiss edirdi. Amma bütün hallarda Azərbaycan liderinin keçirdiyi görüşlər, çıxışları zamanı irəli sürdüyü fikirlər qlobal dünya üçün vacib olduğu qədər Azərbaycanın milli və dövlət maraqları üçün çox əhəmiyyətli və vacib idi.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO