YAP Veteranlar Şurasının üzvündən Mirələmovla bağlı SENSASİON AÇIQLAMA 

Hazırda oxunan: YAP Veteranlar Şurasının üzvündən Mirələmovla bağlı SENSASİON AÇIQLAMA 

18793

Sabir deputat Hüseynbala Mirələmovla bağlı görüntülərin Yeni Azərbaycan Partiyasının (YAP) Xətai Rayon Təşkilatında çəkilməsi ilə bağlı xəbər vermişdik.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan YAP Siyasi Şurasının üzvü, Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov biabırçı hadisənin YAP Xətai Rayon Təşkilatında baş verdiyini təsdiqləyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Hüseynbala Mirələmovun görüntüsünü yayanı 3 il həbs gözləyir – VƏKİL


Onun sözlərinə görə, bir vəzifədə illərlə oturanda nəticəsi belə olur:

“Bu, cari bir hadisədir. Bununla qurtarmayacaq ki? 6 aydan sonra başqa bir nazirlikdə və yaxud hansısa yerdə çıxacaq. Səbəb odur ki, insanlar bir vəzifədə 10-15 il oturanda hökmən nəticəsi belə olur. İstər bu Hüseynbala, istər rektor, istərsə də bir başqası olsun, səbəb vəzifədə illərlə oturmaqdır. Çalışmaq lazımdır ki, cəmiyyətdə öndə olan insanlar tez-tez vəzifələrini dəyişsin. Ona görə də bəşəriyyətdə bütün vəzifələr ratasiya olunmalıdır ki, elə kontaktlar yaranmasın. O zaman belə hadisələr olmaz”.

Şahlar Əsgərov YAP-ın İdarə Heyətinin bu gün keçiriləcək iclasında partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovla bağlı hansı qərar veriləcəyi məsələsinə də toxunub. 

O deyib ki, toplantıda təxminən 20-yə yaxın insan toplaşacaq və onların qərarını öncədən bilmir:

“Hesab edirəm ki, ədalətli qərar olacaq. Baxın, xarici ölkələrin nümayəndələri burada müxtəlif vəzifələrdə, sahələrdə çalışır. Onlar 3-4 ildən bir dəyişir. Niyə qoymurlar ki, 10 il qalıb işləsin? Çünki bilirlər ki, qalıb hoqqa çıxaracaqlar. Bu baxımdan zaman-zaman YAP toplaşıb Xətai, Yasamal, yaxud digər rayonlarının liderlərini dəyişməlidir. Buna da yuxarıdan kömək gəlməlidir”.

YAP Xətai Rayon Təşkilatından isə məsələyə mövqe bildirilmədi. Dəstəyi götürən Fidan xanım “hər kəs pandemiya ilə əlaqədar evdədir, işdə heç kim yoxdur, sizin suallara cavab verəcək şəxs yoxdur. Hüseynbala müəllimin özü ilə danışın” deyib danışığı bitirdi. 

Xatırladaq ki, aprelin 21-də sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb. 

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin bu gün keçiriləcək iclasında YAP-ın Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun məsələsinə baxılacaq.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO