Fransa dayanmır. Erməni qadınına və erməni puluna hərislik fransızları dəli edib. Ağlı başlarından çıxan fransızların gözü elə bağlanıb ki, minalarla dolu sahədə gəzdiklərinin fərqində belə deyillər. Paris “müsyö”ləri erməniləri məmnun salmaqdan ötrü hər yola əl atırlar.
Fransızlar təkcə erməni puluna və qadınına aludədir?
Nə yazıq ki, fransız siyasiləri müəyyən mənada ermənilərdən asılıdır. Çünki Fransadakı ermənilərin təqribən 300 təşkilatı siyasi təsir elementləri baxımından ciddi imkanlara malikdir.
Məhz yerli erməni icmasının 261 min nəfərdən artıq seçicisi bu və ya digər fransız siyasətçisinin karyerasına çox ciddi elektroral təzyiq rıçaqlarına sahibdir.
MÖVZU İLƏ BAĞLI:
Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
Bu səbəbdən Fransada siyasətçilər və nazirlərin total əksəriyyəti yerli erməni icması ilə "xoş, səmimi münasibətlər" qurmağa çalışırlar. Onlar anlayırlar ki, bələdiyyə seçkilərindən tutmuş, prezident seçkilərinədək bütün səviyyələrdəki səsvermə prosesində yerli erməni icmasının mənsublarının səsi önəmlidir.
Makronun “Panos” yanı...
Dünyanın hər yerində olduğu kimi Fransada da erməni qadını güclü faktordur. Məsələn, Fransada Astrid Panosyan adlı bir erməni qadın hətta Makron qədər populyardır. Bu qadının Makronun siyasi karyerasında müstəsna xidməti var. Emmanuel Makronun yaxın ətrafındakı şəxslərin "lobbiçilik, siyasi kommunikasiyalar və PR üzrə mütəxəssis” adlandırdıqları Astrid Panosyan hazırda Fransada erməni lobbisinin ən fəal nümayəndələrindən biridir.
Bu cütlük ilk dəfə 15 il əvvəl Parisdəki telekanallardan birinin studiyasında tanış olub. Tanışlıq sonradan "partnyorluğa" çevrilib və sonda Astrid Panosyan Fransa siyasətində aktiv fiqurlardan birinə çevriləcək Emmanuel Makronla "En Marche!" hərəkatını təsis edib.
Təsadüfi deyil ki, son iki prezident seçkilərində Panosyan Makronun baş müşaviri olub. Ona görə də Astrid sözün əsl mənasında Makronun qarınağrısına çevrilib.
Fransa Ermənistanı niyə silahlandırır?
Hazırda erməni qadınlarından və pulundan asılı qalan Fransa hakimiyyəti özünüidarəni itirib, nə etdiyinin fərqində belə deyil. Məsələn, ötən gün Fransa Ermənistanı silahlandırmaq üçün müqavilə imzalayıb. Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu məlumat verib.
Fransanın Ermənistanı silahlandırması bütövlükdə region üçün təhlükədir. Çünki Azərbaycandan ölümcül zərbə alan Ermənistan hər vasitədən istifadə edərək müvazinətini düzəltmək və revanş almaq istəyir.
Ermənilərin bu istəyi Yelisey Sarayındakıların da işinə yarayır. Çünki, Yaxın Şərq və Afrikada mövqelərini itirən Fransa Cənubi Qafqaza soxulmaq istəyir. Bununla da Azərbaycana əzələ nümayişi planlaşdırılır. Çünki son illər Azərbaycanın yeritdiyi müstəqil və qətiyyətli siyasəti rəsmi Parisi heç də məmnun etmir.
Hər zaman zor dilində danışmağa üstünlük verən Fransa hakimiyyəti özü Azərbaycana hərbi cəhbə açmaq imkanından uzaq olduğundan bunu Ermənistanın əli ilə görməyə çalışır. Nəzərə alaq ki, Azərbaycan-Fransa münasibətləri “soyuq müharibə” səviyyəsindədir. Hazırda demək olar ki Fransa-Azərbaycan əlaqələri dondurulub, bütün təmaslar dayandırılıb. Ona görə də Fransa bütün imkanlarını səfərbər edib. Ermənistanı silahlandırmaqla və müxtəlif bəhanə ilə Ermənistana gəlmək istəyir.
Makron hökümətinin cəhdləri yersizdir
Azərbaycan bütün hallarda Fransanın Ermənistanı silahlandırmasına və neokolonizalizm yolu ilə Cənubi Qafqazda mövqe tutmasına imkan verməyəcək. Afrikadan qovulduğu kimi, Fransa Cənubi Qafqazdan da çox biabırçı şəkildə qovulacaq.
Nəzərə alaq ki, Fransanın təşəbbüsləri region dövlətlərində də qıcıq yaradır. Nə Azərbaycan, nə Rusiya, nə Türkiyə, nə də ki İran Fransanın Cənubi Qafqaza nüfuz etməsini istəmir.
Çünki region dövlətlərinin iqtisadi-siyasi müstəvidə birgə fəaliyyət göstərəcəyi bəli bir plotfarma var. Bu da Azərbaycanın moderator olduğu 3+3 platformasıdır.
Təsadüfi deyil ki, bu gün 5 region dövlətinin XİN rəhbərləri məhz bu platformanın icra mexanizmini müzakirə etmək üçün Tehranda toplaşırlar. Hələlik Gürcüstan bu məsələyə soyuq yanaşır. Bu da Fransa və digər Qərb dövlətlərin Gürcüstana təsirlərindən qaynaqlanır.
Amma əminliklə demək olar ki, Azərbaycan Fransanın nə Gürcüstanda, nə Ermənistanda güclənməsinə imkan verməyəcək. Ona görə ki, Azərbaycanın çağırış və təşəbbüsləri təkcə milli maraqlara yox, bütövlükdə region dövlətlərinin maraqlarına cavab verir.
Şarl de Qolun xəyanəti unudulmayıb
Azərbaycanın “Dəmir yumruğ”undan sonra başını tamam itirən Ermənistan isə nə etdiyinin fərqində deyil. Rusiyanın “dönüklüyü”ndən sonra Fransaya yalvaran rəsmi İrəvan zənn edir ki, fransızlar erməniləri təkcə Azərbaycanın cəngindən xilas etməyəcək, həm də regionda onlara arxa duracaq. Amma Paşinyan bu məsələdə çox pis yanılır. Çünki Fransanın “ipinin üstünə heç kim odun yığmır”.
Vaxtilə Sovetlər düşərgəsinə qarşı yaradılan NATO-nu təsis edən ilk ölkələrdən biri Fransa olmuşdu. Amma 1966-cı ildə SSRİ ilə yaxınlaşan Fransa nəinki, NATO-dan çıxdı, hətta NATO-nun mənzil qərargahını ölkəsindən çıxardı. Sovet hökümətinin yağlı vədlərinə aldanan Şarl de Qol o zaman NATO ölkələrinə arxadan bıçaq sancdı.
Lakin SSRİ çökəndən sonra Fransa yenidən NATO-ya qayıtdı. Yəni fransızların peyğəmbər sandıqları Şarl de Qol öz dostlarına xəyanət edibsə, onda Makron kimi xaraktersiz birinin sabahkı təzyiqlər qarşısında ermənilərə xəyanət etməyəcəyinə kim təminat verə bilər?!
Qərbi və xüsusilə də Fransanı bölgəyə gətirmək cəhdi Ermənistana baha başa gələcək
Belə olacağı təqdirdə Ermənistan təkcə Azərbaycanın növbəti “Dəmir yumruğ”u ilə deyil, həm də region dövlətlərinin ciddi müqaviməti ilə qarşılaşacaq. Xüsusən də, İran və Rusiya bunu İrəvana bağışlamayacaq. Sonda isə Ermənistan ən yaxşı halda Suriya və Ukraynanın aqibətini yaşayacaq. Qlobal güclərin Ermənistan ərazisində toqquşan maraqları isə bu dövlətin sonunu da gətirə bilər.
Bu gün bir sıra erməni ekspertlər haqlı olaraq qeyd edirlər ki, Ermənistanın həyatda qalması və inkişaf etməsi Qərbdən yox, Azərbaycan və Türkiyədən asılıdır. Lakin bu reallığı Paşinyan hakimiyyəti dərk etmək iqtidarında deyil.
Bu da Ermənistan üçün çox ciddi təhlükə yaradır. Azərbaycanla Türkiyə bir yana, İran və Rusiyanın təzyiqləri qarşısında nə ABŞ, nə Fransa, nə də Aİ missiyası Ermənistana kömək edə bilməyəcək.
Surxay Atakişiyev, Bizim.Media