Qərbi Azərbaycan İcması Avropa Parlamentinin anti-Azərbaycan bəyanatını QINAYIB 

Hazırda oxunan: Qərbi Azərbaycan İcması Avropa Parlamentinin anti-Azərbaycan bəyanatını QINAYIB 

149016

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin Cənubi Qafqaz ilə əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri M. Kalyurdand, Ermənistan üzrə daimi məruzəçi A. Kovaçev və Azərbaycan üzrə daimi məruzəçi Z. Zovko Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər ilə bağlı guya “humanitar vəziyyətin” olduğunu iddia etdikləri anti-Azərbaycan bəyanatını qınayıb. 

Bu barədə Bizim.Media-ya Qərbi Azərbaycan İcmasndan məlumat verilib. 

Bildirilib ki, Avropa Parlamentində Azərbaycana və azərbaycanlılara qarşı qərəz sistemli xarakter daşıyır və hətta nifrət elementlərini ehtiva edir. 

"Avropa Parlamenti, ələlxüsus, adları keçən üç deputat Azərbaycan və Ermənistan arasında fikir ayrılığı doğuran bütün məsələlərdə Ermənistanın mövqeyini müdafiə etmiş, bəzi hallarda onların tutduğu mövqe Ermənistanın mövqeyindən də radikal olmuşdur. 

Avropa Parlamentinin Ermənistanın yoxlanmamış iddialarını dərhal dəstəkləməsi fonunda, onun Ermənistan ərazisində aparılmış etnik təmizləmə nəticəsində orada bir nəfər də olsun azərbaycanlının qalmaması, Azərbaycanın mədəni irsinin yer üzündən silinməsi, yer adlarının kütləvi şəkildə dəyişdirilməsi kimi insanlıq əleyhinə cinayətlərə susması açıq-aşkar qərəzdir. 

Bütün bunlar onu göstərir ki, Avropa Parlamentinin məqsədi insan hüquqları, beynəlxalq hüquq və Ermənistan ilə Azərbaycan arasında sülhü təşviq etmək deyil, regionda gərginliyi körükləməkdir. 

Biz Avropa Parlamentini qərəzli yanaşmasından əl çəkməyə, Ermənistandan qovulmuş azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri, hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına dəstək verməyə çağırırıq", - icmadan qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO