ABŞ-dan Ağdam-Xankəndi marşrutuna DƏSTƏK – Ermənilərin puç olan Laçın yolu ÜMİDLƏRİ

Hazırda oxunan: ABŞ-dan Ağdam-Xankəndi marşrutuna DƏSTƏK – Ermənilərin puç olan Laçın yolu ÜMİDLƏRİ

148782

Azərbaycan Prezidenti İlham Əliyevə zəng edən ABŞ dövlət katibi Entoni Blinken danışıqlar zamanı bir sıra maraqlı məqamlara toxunub.

Belə ki o, ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edərkən, Laçın sərhəd-buraxılış məntəqəsilə yanaşı, digər alternativ yollar vasitəsilə keçidin önəminə də toxunub.

Bildirib ki, humanitar yüklərin Qarabağ əhalisinə çatdırılması üçün alternativ marşrutlar üzrə kompromislər zəruridir.

Onun bu açıqlaması o anlama gəlir ki, sözügedən məsələdə artıq ABŞ Ağdam-Xankəndi yolunu seçməyə başlayıb. Bu isə o deməkdir ki, artıq Qarabağ ermənilərinin Azərbaycanın çörəyini yeməkdən başqa çıxış yolu qalmayıb. Onlar ya Azərbaycanda yaşayaraq, hamı kimi bu ölkənin qanunlarına tabe olmalı, ya da birgə yaşamaq istəmirlərsə, Azərbaycanı tərk etməlidirlər.

Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, belə vəziyyətdə İrəvan dünya birliyinin aparıcı simalarının Azərbaycanla hesablaşdığını nəzərə almalıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Blinken İlham Əliyevə zəng etdi


“Bu xətti Azərbaycan özü cızıb. Azərbaycan addım-addım vəziyyəti öz marağına uyğun şəkildə formalaşdırır. Nəhayət görürük ki, dünya ölkələri də Azərbaycanın sağlam mövqeyini bəyənir, onunla razılaşır və belədə Bakının yaratdığı imkanlardan istifadə etməyin lazım olduğunu da bəyan edirlər.

Bu hal ondan xəbər verir ki, Ermənistan artıq özü üçün oyunun bitdiyini anlamalıdır. Onun istədiyi oyun artıq bitib və onu bitirən və qalib gələn də Azərbaycandır. 

Laçın yolu xəstələrin aparılıb gətirilməsi, xüsusi əhəmiyyətli işlər üçün qala bilər. Ancaq Qarabağa humanitar yüklərin, ərzaq məhsullarının gətirilib aparılması isə yalnız Azərbaycanın müəyyən etdiyi Ağdam-Qarabağ yolu vasitəsilə həyata keçiriləcək. Bu mənada Blinkenin açıqlaması onun və ölkəsinin Azərbaycanın həmin məsələ ətrafındakı mövqeyilə razılaşdığına işarədir. 

Azərbaycan öz sərhədinin keşiyində durub. Vaqif Xaçatryanın saxlanılması da göstərir ki, Azərbaycan öz fəaliyyətində ölkə və beynəlxalq qanunvericilik normalarını üstün tutur. O, Azərbaycan qanunvericiliyi qarşısında cavab verəcək.
Azərbaycan yolları insanlar üçün risklər, təhdidlər açmır, əksinə təhlükəsizlik məsələsini təmin edir. Ermənilər Blinkenin bu açıqlamasından nəticə çıxarmalıdırlar. Onlar üçün oyun bitdi”.

Rüfət Sultan, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO