Şuşaya gələn xarici analitik: “Bu ərazilərdə çəkdiklərimizi beynəlxalq ictimaiyyətə çatdırdıq”

Şuşaya gələn xarici analitik: “Bu ərazilərdə çəkdiklərimizi beynəlxalq ictimaiyyətə çatdırdıq”

Hazırda oxunan: Şuşaya gələn xarici analitik: “Bu ərazilərdə çəkdiklərimizi beynəlxalq ictimaiyyətə çatdırdıq”

147580

“Oxucular, izləyicilər qarşısında bizim əsas məqsədimiz onlara reallığı çatdırmaqdır. Hadisə yerindən dəqiq, operativ, qərəzsiz məlumatların izləyiciyə çatdırılması bizim əsas vəzifəmizdir”.

Bizim.Media xəbər verir ki, bunu "TRT World"ün müxbiri, analitik Oubai Şahbandar Şuşa Qlobal Media Forumu çərçivəsində təşkil olunan “Mediada investisiya və istehlak tendensiyaları” adlı sessiyada dezinformasiya və feyk xəbərlərlə mübarizə üsullarının müzakirəsi zamanı deyib.

“Qarabağa gəlməyimizin əsas səbəbi burdakı vəziyyəti dünyaya çatdırmaqdır. Hadisələri olduğu kimi görərək reallığı ictimaiyyətə çatdırmaq ən vacib məsələmizdir. Biz dünən üç il əvvəl baş verən müharibə yerlərində olduq.
Həmin ərazidə reportaj edərək şərhlərimizi bildirdik, gördüklərimizi ictimaiyyətə çatdırmağa çalışdıq. Dünyada bəzilərinin heç xəbəri yox idi ki, Azərbaycan, Şuşa haradır? Orada nə baş verib? Bütün bunları dünən bu ərazilərdə çəkdiyimiz videoreportaj sayəsində beynəlxalq ictimaiyyətə çatdırdıq”, deyə o, qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO