Ziyad Səmədzadənin susqunluğu çoxsaylı suallar yaratdı...

Ziyad Səmədzadənin susqunluğu çoxsaylı suallar yaratdı...

Hazırda oxunan: Ziyad Səmədzadənin susqunluğu çoxsaylı suallar yaratdı...

118332
Hökumət ənənəsinə sadiq qalaraq növbəti dəfə milləti doladı və kredit öhdəliklərinə görə boğazı intihar kəndiri ilə bank qapılarına bağlı olan milyonlarla vətəndaş umsuq oldu. Halbuki hamı bunun əksinə ümid edirdi və üstəlik, Mərkəzi Bankın sədri Elman Rüstəmovun son günlərdəki açıqlamaları, Milli Məclisin 19 yanvardakı növbədənkənar iclasında spiker Oqtay Əsədovun nikbin bəyanatı tamamən fərqli yanaşmanın olacağına ümidlər yaratmışdı. Amma maliyyə naziri Samir Şərifov son anda bu ümidlərin üzərindən bir qara xətt çəkdi və banklarla müştəriləri üz-üzə qoyan çox riskli bir bədbin açıqılama ilə səngimiş ehtirasları yenidən körükləmiş oldu.xa0

Onsuz da bəlli idi ki, hökumət kreditlərin tamam əvvəlki məzənnə ilə qaytarılmasına getməyəcək, amma bu qədər də acımasız və saymazyana davranış sərgilənəcəyini də kimsə gözləmirdi.xa0

Amma maraqlıdır ki, əhalinin ürəyindən xəbər verən təkliflərlə çıxış edən, bu azmış kimi təklifləri spiker Oqtay Əsədov tərəfindən parlamentin iclasında açıq şəkildə dəstəklənən iqtisadçı millət vəkili Vahid Əhmədov hələ də ümidini üzməyib və “Azadlıq radiosu”x9dna açıqlamasında bildirir ki, Milli Məclisin İqtisadi siyasət Komitəsinin müzakirələri hələlik davam edir və hökumətlə ümumi razılığımız olub ki, bu məsələ öz həllini tapacaq.

Diqqətçəkən bir məqamsa baş verən bu anormal situasiyaya baxmayaraq Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadənin susqunluq nümayiş etdirməsidir. Axı hamıya bəlli idi ki, hökumətin iqtisadi komandası bütün xısınlaşmaları, məxfi və açıq müzakirələri məhz onunla aparırdı və sonuncu parlament iclasında da akademik nikbin ovqatlı çıxışı ilə cəmiyyətdəki emosional ovqatı xeyli yumşaltmışdı. Amma onun Samir Şərifovun aydın səmada şimşək effekti yaradan bəyanatına reaksiya bildirməməsi çoxsaylı suallar doğurdu və bəlli oldu ki, parlamentin komitə sədrinin nikbin açıqlamaları sadəcə gözdən pərdə asmaq imiş. Əks halda o əslində daşıdığı vəzifəyə görə hökumətin anlaşılmaz qərarını deyil, milləti və onun vəkilləri hesab olunanlara sədrlik edən Oqtay Əsədovun fikirlərini dəstəkləməyə borclu idi. Amma o bunu ya bilərəkdən etmədi, ya da sadəcə hökumətdə akademikin fikirləri ilə hesablaşmayaraq onu urvatdan saldılar. Bunlardan hansı olmasına baxmayaraq uduzan nə Ziyad Səmədzadə, nə Oqtay Əsədov oldu, xalqı barmaqlarına doladılar...xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO