“İran özünə problem yaratmaq istəyirsə, bu Azərbaycanın günahı deyil” – POLİTOLOQ ŞƏRHİ

“İran özünə problem yaratmaq istəyirsə, bu Azərbaycanın günahı deyil” – POLİTOLOQ ŞƏRHİ

Hazırda oxunan: “İran özünə problem yaratmaq istəyirsə, bu Azərbaycanın günahı deyil” – POLİTOLOQ ŞƏRHİ

105728

İran rəsmiləri indi də Azərbaycanda bu ölkənin yürütdüyü siyasət barədə tənqidi fikirlər səsləndirənlərə qarşı hədyanlar yağdırmağa, “məsləhətlər” verməyə başlayıb. İran rəsmilərinin indidə Azərbaycan mətbuatını hədəfə aldığı hiss olunur.

Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin son açıqlaması bunun bariz nümunəsidir. O, İranın “Mosalas Online” saytına açıqlamasında yənə də qərəzli mövqe sərgilədiklərini ortaya qoyub.
XİN sözçüsü Azərbaycan rəsmilərinə tövsiyə edərək, diqqəti müştərək məsələlərə yönəltmələrini, mübahisəli məsələlər və anlaşılmazlıqlar barədə tribuna arxasından danışmamamalarını, mediadan dostluq və qardaşlığın möhkəmlənməsi üçün fürsət kimi istifadə etmələrini diqqətə çatdırmışdı.

İran XİN sözçüsünün səsləndirdiyi fikirləri Bizim.Media-ya şərh edən politoloq Cümşüd Nuriyev Nasir Kənanini savadsızlıqda ittiham edib:

“Nasir Kənani bu qədər ağıllıdırsa, getsin öz mediasına ağıl versin. İranın “Səhər” kanalı hər gün Azərbaycanı təhqir edir. Bu ölkənin mətbuatında ölkəmiz əleyhinə hədyanlar söylənilir. İranlı deputatların Azərbaycan xalqının seçdiyi Prezident haqqında ağlına gələnləri danışmaq ixtiyarı yoxdur. Azərbayan mediası heç zaman İran rəsmilərindən kimisə təhqir etməyib.

Tehranda hələ də dərk etmirlər ki, 1828-ci ildə bağlanan müqavilə Çar Rusiyası ilə Qacar dövləti arasında bağlanıb. Onda hələ İran adında dövlət yox idi.

Olmayan dövlətin isə nəyisə tələb etməyə səlahiyyəti ümumiyyətlə yoxdur. 656-cı ildən sonra İranda farsların heç bir hakim dövləti olmayıb. Həmin tarixdən sonra İran 300 il ərəb dövlətinin tərkibində olub. Ondan sonra həmin ərazidə min il ərzində türk dövləti olub. Azərbaycan mediası ayrı-ayrı siyasi xadimlər, politoloqların fikirlərini çatdırır, sual verib, onun cavabını alır. Burada hər şeyi kənara qoyub medianın üzərinə düşmək savadsızlığa dəlalət edir”. 

Politoloq bildirir ki, İran dostluq, əməkdaşlıq istəyirsə, danışıqlarına fikir versin, hədə ritorikasından əl çəksin, İslami müstəvidə danışırlarsa, Ermənistanla münasibətlərinə çəki-düzən versin:

“Ölkəmizə qarşı həddən artıq aqressiv danışan İranın dövlət adamları cavablarını almalı idilər və aldılar. Ermənistan əhalisi 2 milyon olsa da, arxasında 100 milyonluq əhalisi olan dövlətlər var idi. Nə oldu? İndi də İran bu barədə fikirləşsin. Azərbaycanın İranla hər hansı bir problemi yoxdur. İran öz-özünə problem yaratmaq istəyirsə, bu nə Azərbaycanın, nə də ölkəmizin mediasının günahı deyil”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO