Ən güclü təbii antibiotik - Ud hindi bitkisinin faydaları

Hazırda oxunan: Ən güclü təbii antibiotik - Ud hindi bitkisinin faydaları

11694

Artan xəstəlik sayəsində insanların immunitet sistemini gücləndirən təbii məhsullara marağı  da artıb.

Bu məhsullardan biri də Ud Hindidir. Əsrlərdir xalq təbabətində  istifadə olunan və immunitet sistemini gücləndirən bitkilərdəndir. Bu bitki güclü antibiotic kimi də tanınınr.

Bizim.Media Ud Hindi bitkisinin faydalarını təqdim edir:

İmmuniteti gücləndirdiyindən və xəstəliklərə qarşı müqaviməti artırdığından, koronavirusa qarşı da qoruyucu təsirinin olduğu deyilir. Bu gün ən çox qəbul olunan məhsullardan birinə çevrilib. 

Asiya mənşəli olan bu bitki oduncaqlı bir quruluşa sahibdir. Ud hindi kosmetika sənayesindən tutmuş bir sıra sahələrdə müxtəlif məqsədlərlə istifadə edilir. Ən çox yağ və toz halında tətbiq olunur. Ud hindi yağı da tozu kimi faydalıdır.

Ud hindi ən güclü antibiotik, antiseptikdir. Bədəndə olan iltihabı və infeksiyaları aradan qaldırmağa kömək edir. Dəridə yanıq, kəsik kimi zədələr, həşərat sancmaları, ekzema kimi dəri xəstəliklərinin müalicəsində müsbət təsir edir.

Boğaz ağrısı üçün faydalıdır. Antioksidant mənbəyi olduğu üçün bədəni toksinlərdən təmizləyərək xərçəng hüceyrələri ilə mübarizə aparır.

Qanı təmizləməklə ürək-damar sağlamlığını da qoruyur. Mədə ağrısı üçün faydalıdır. Öd və böyrək daşlarını əridir.

Qrip və soyuqlama kimi mövsümi xəstəliklərdə müalicə müddətini sürətləndirir. 

Burun tıxanıqlığına faydalıdır və tənəffüs yollarını açır. Stresi azaldır və yorğunluğu aradan qaldırır.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO