Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, Ərdoğan bu barədə Türkiyə telekanallarına müsahibəsində deyib.
Ərdoğan qeyd edib ki, bu danışıq Türkiyənin təşəbbüsü ilə baş tutacaq və o rusiyalı həmkarı ilə Ukraynadakı son vəziyyəti, xüsusən də Ukrayna regionlarında baş tutan “referendum”ları müzakirə edəcək:
“Mən sülh mövzüsünda ümidsiz deyiləm. Dərhal belə nəticə əldə edəcəyimizi söyləmək xəyal olardı. 4 şəhərdə keçirilən referendum hadisəsi bəla gətirir. Amma biz bütün bunları diplomatiya yolu ilə həll edə bilərdik, onlar da edə bilərdilər. Analoji vəziyyət 2014-cü ildə Krımda baş vermişdi.
O zaman uğur qazana bilmədik. Cənab Putinə “Krımda yoldaşlarımız var, atdığınız addım düzgün deyil” dedik, amma alınmadı.
Cənab Zelenski də 4 regionda referendumla bağlı dəstəyimizi istəyir. Dostlarım əlaqə saxlayacaq və mən sabah Putinlə bu məsələləri ətraflı müzakirə etmək istərdim”,- deyə Ərdoğan bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
00:18 / 29.09.2022
Ərdoğan Putinlə "referendum"larla bağlı danışmağı PLANLAŞDIRIR
Hazırda oxunan: Ərdoğan Putinlə "referendum"larla bağlı danışmağı PLANLAŞDIRIR
Hazırda oxunan: Ərdoğan Putinlə "referendum"larla bağlı danışmağı PLANLAŞDIRIR
96365
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.