İrandan Azərbaycana təxliyə olunanların sayı – Ölkələr üzrə SİYAHI

İrandan Azərbaycana təxliyə olunanların sayı – Ölkələr üzrə SİYAHI

Hazırda oxunan: İrandan Azərbaycana təxliyə olunanların sayı – Ölkələr üzrə SİYAHI

602635

İrandan fevralın 28-i saat 8:00-dan martın 20-i saat 10:00-dək Azərbaycana ümumilikdə 2 853 nəfər təxliyə olunub.

Bizim.Media xəbər verir ki, təxliyə olunanların 470 nəfəri Azərbaycan vətəndaşıdır.

Eyni zamanda Çinin 720, Rusiyanın 323, Banqladeşin 195, Tacikistanın 184, Pakistanın 148, Hindistanın 122, Omanın 72, İndoneziyanın 68, İranın 49, İtaliyanın 44, Əlcəzairin 28, İspaniyanın 26, Almaniyanın 23, Kanadanın 20, Fransanın 19, Səudiyyə Ərəbistanının 18, Yaponiyanın 17, Gürcüstanın 16, Özbəkistanın 14, Polşanın 13, İsveçrənin 13, Nigeriyanın 13, Macarıstanın 12, Bəhreynin 12, Qazaxıstanın 11, Meksikanın 11, Böyük Britaniya, Belarus, Bolqarıstan, Konqo Demokratik Respublikasının hərəsinin 10, ABŞ-nin 9, Braziliya, Sudanın hərəsinin 8, Slovakiya, Belçika, Rumıniya, Birləşmiş Ərəb Əmirliklərinin hərəsinin 6 vətəndaşı təxliyə olunub.

Bundan başqa təxliyə edilənlər arasında Serbiya, Çexiya, İsveç, Əfqanistan, Avstraliya, Avstriya, Yunanıstanın hərəsinin 5, İordaniya, Filippin, Türkiyə, Ukrayna, Şri-lanka, Küveyt, Finlandiya, Niderlandın hərəsinin 4, Qətər, Xorvatiya, Danimarka, Norveçin hərəsinin 3, Nepal, Livan, Yəmən, Qırğızıstan, Kipr, Sloveniyanın hərəsinin 2 vətəndaşı var.

İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Beliz və Dominikanın hərəsinin 1 vətəndaşı təxliyə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO