Ərdoğanla Putin Qarabağı müzakirə etdilər – TƏFƏRRÜATLAR 

Ərdoğanla Putin Qarabağı müzakirə etdilər – TƏFƏRRÜATLAR 

Hazırda oxunan: Ərdoğanla Putin Qarabağı müzakirə etdilər – TƏFƏRRÜATLAR 

53586

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. 

Bizim.Media “Ria Novosti”yə istinadla xəbər verir ki, Kremlin mətbuat xidməti bu barədə məlumat yayıb.

MÖVZU İLƏ BAĞLI:

Putin Soçi görüşü barədə Ərdoğana məlumat verdi


Mənbənin məlumatına görə, telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın təhlükəsizlik zəmanətləri, Cənubi Qafqaz, Suriya və Liviyadakı vəziyyətlə bağlı təkliflərini müzakirə ediblər. 

Bundan əlavə, liderlər telefon danışığı zamanı Rusiya və Türkiyə arasında qarşılıqlı faydalı tərəfdaşlığı daha da intensivləşdirmək niyyətlərini təsdiqləyiblər. 

“Qarşıdan gələn Yeni il münasibəti ilə bir-birini təbrik edən Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ikitərəfli əməkdaşlığın əsas nəticələrini müzakirə edərək, Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da intensivləşdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər”, - mesajda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO