Gürcüstan Saakaşvilidən çox Naxçıvan yolundan narahatdır - Tanınmış gürcülərdən VİDEO AÇIQLAMALAR

Hazırda oxunan: Gürcüstan Saakaşvilidən çox Naxçıvan yolundan narahatdır - Tanınmış gürcülərdən VİDEO AÇIQLAMALAR

41871

Son günlər Gürcüstan gündəmi əsasən Saakaşvilinin həbsi, mitinqlər və seçkilərin ikinci turu ilə əhatə olunub. Lakin MDB Dövlət Başçıları Şurasının onlayn iclası vəziyyəti dəyişib.

Bizim.Media xəbər verir ki, oktyabrın 15-də Paşinyanın kommunikasiyaların açılışı barədə açıqlaması regionun gündəmini dəyişib.
 

MÖVZU İLƏ BAĞLI:

Saakaşvilinin son durumu NECƏDİR? - Politoloq Gia Xuxaşvilidən AÇIQLAMA - ÖZƏL


Belə ki, Nikol yaxın gələcəkdə Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmiryol və avtomobil xətlərinin açılacağını elan edib. Bu həm də Zəngəzur koridoru hesab oluna bilər deyə İran kimi Gürcüstan da diskomfort yaşayıb.

Tbilisinin əsas qorxusu Bakıdan başlayan nəqliyyat xətləri və boru kəmərlərinin Gürcüstan yox, artıq Ermənistandan keçəcəyidir. Bakı-Tbilisi-Qars kimi yollar ləğv olunmasa belə əhəmiyyəti və istifadəsi azala bilər. Bu isə Gürcüstanın qərblə şərq arasında körpü mahiyyətinə mənfi təsir göstərər.

Etnik və Konfessial Əlaqələr Mərkəzinin rəhbəri Lela Cecelava Naxçıvan yolu haqqında belə deyib:

"Bu dəhliz Qars-Axalkalakiyə real alternativdir. Türkiyə bu dəhlizlə bütün yüklərini Mərkəzi Asiyaya ötürəcək. Əlbəttə ki, burada siyasi risklər də mövcuddur. Amma iqtisadi cəhətdən bu layihə Gürcüstanı oyundan kənar qoyur. Ticarət dövriyyəsi düşməsin deyə bizim hökumətin bu layihəyə qarşı nə edəcəyini bilmirəm. Amma bugünkü gün Gürcüstanın hansı alternativlərinin olması ən mühüm məsələdir".

İqtisadçı Nika Şenqeliya:

"Düşünürəm ki, Gürcüstan və İrandan Türkiyəyə daşınan malların miqdarının aşağı düşməsi qaçılmazdır. Çünki Azərbaycan yükləri Naxçıvan vasitəsilə Türkiyəyə və əks istiqamətdə nəql edəcək. Bakı Türkiyəyə dəmiryol, avtomobil yolu və boru kəməri inşa etməyi planlaşdırır. Bu isə həm Gürcüstan, həm də İran iqtisadiyyatında hiss olunacaq".

Gürcü siyasətçi Teona Akubardiya:

"Çox problem görürəm. Onlardan biri də odur ki, sözügedən koridorun təhlükəsizliyinə kim nəzarət edəcək? Həmçinin bu proyektlərdə Gürcüstanın rolu da əhəmiyyətlidir. Hökumətimizin ən böyük səhvlərindən biri odur ki, Anakli dərinsulu limanını tikmək üçün xarici investorlara imkan vermədilər. Həmin liman Naxçıvan koridoru ilə rəqabət apara bilərdi. Həmçinin Marabda-Karçaxa dəmir yolunun vaxtında təhvil verilməməsi də hökumətin səhvidir".

Qafqaz üzrə ekspert Giorgi Qobronidze:

"Regiondakı güc balansı Rusiya-Türkiyə-İran fonunda dəyişir. Bu ölkələrin qarşılıqlı əlaqələrinin identifikasiyası gedir. Ən əsası da Azərbaycan-Türkiyə əlaqələri daha da güclənir. Bu əlaqələrin uzunmüddətli perspektivdə olması nəqliyyat koridordan asılı ölkə kimi Gürcüstana təsir edəcək. Biz hər şeyə hazır olmalı və regiondakı gələcək situasiya ilə bağlı plan qurmalıyıq".

Videomüsahibələr özəl mənbələrin dəstəyilə hazırlanıb və gürcü televiziyalarının əsas mövzusu kimi gündəmi zəbt edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO