Araik Arutunyan Bakıya gətirilə bilər? - Ermənistan QƏRAR VERDİ 

Araik Arutunyan Bakıya gətirilə bilər? - Ermənistan QƏRAR VERDİ 

Hazırda oxunan: Araik Arutunyan Bakıya gətirilə bilər? - Ermənistan QƏRAR VERDİ 

38539

Ermənistan Baş Prokrorluğu 44 günlük müharibədəki məğlubiyyətlə bağlı araşdırmalara başlayıb. Bununla əlaqədar olaraq hüquq-mühafizə orqanları və Ermənistan İstintaq Komitəsinin əməkdaşları Müdafiə Nazirliyində çalışan sabiq yüksək rütbəli məmurları istintaqa çağırır. İstintaq zamanı özünü qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezident”i hesab edən Araik Arutunyanın müharibədəki məğlubiyyətdə günahkar olub-olmaması da araşdırılır. 

Azərbaycanın beynəlxalq axtarışa verdiyi Araik Arutunyan Ermənistanda həbs olunacağı təqdirdə ölkəmizə təhvil verilə bilərmi?

“Paşinyanın əsas məqsədi Dağlıq Qarabağdakı separatçı rejimi dəyişməkdir”, - deyən politoloq Elşən Manafov əlavə edib ki, Nikol Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərliyində özü ilə sıx təmasda olan insanların olmasında maraqlıdır. 

Bizim.Media-ya açıqlamasında politoloq bildirib ki, Paşinyan Koçaryan və Sarkisyanın Qarabağdakı təsir imkanlarını minimuma endirmək istəyir:
 

MÖVZU İLƏ BAĞLI:

Əgər Azərbaycan Ermənistana hücum etmək istəsə... – SƏRHƏDDƏ NƏ BAŞ VERİR?  


“Paşinyanın Azərbaycanın beynəlxalq axtarışa verdiyi Araki ölkəmizə təhvil verəcəyini düşünmürəm. Çünki onun Azərbaycana verilməsi erməni ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayacaq. Xüsusilə də Ermənistandakı siyasi müxalifət Paşinyanı dövlətə xəyanətdə günahlandıracaq.

Paşinyan iqtidarı 44 günlük müharibədəki məğlubiyyətin məsuliyyətini Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə yıxmaq istəyir.

Əslində müharibədəki məğlubiyyətdən sonra da Paşinyan verdiyi açıqlamalarda Ermənistan ordusundakı Rusiyanın hərbi sənaye kompleksini və rus kəşfiyyatındakı zabitləri suçlamışdı. O, bununla yanaşı qondarma rejimin rəhbərliyini və “Müdafiə Nazirliyi”ndəki şəxsləri də tənqid etmişdi. Paşinyan Qarabağdakı separatçı rejimi Ermənistan və Qarabağdakı ordunun arasındakı hərəkətləri zamanında koordinasiya etməməkdə günahlandırıb.  Bütün hallarda Paşinyan bu və ya digər şəkildə məğlubiyyəti müxalifətin üzərinə yönəltmək istəyir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO