Paşinyan Qazaxla sərhədə vertolyotla gəlib - YENİ DETALLAR

Hazırda oxunan: Paşinyan Qazaxla sərhədə vertolyotla gəlib - YENİ DETALLAR

187609

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Qazaxla sərhəddə yerləşən Tavuş vilayətinin Voskepar (Əskipara) kəndində olub.

Bizim.Media "hraparak.am" saytına istinadən xəbər verir ki, o, adı çəkilən kəndə vertolyotla gəlib. 

Nəşrin əldə etdiyi informasiyaya görə, Paşinyanla görüş ərəfəsində kənddə ciddi təhlükəsizlik tədbirləri görülüb. İştirakçıların telefonları götürülüb, bəzilərinin iştirakına icazə verilməyib və görüş bir saat davam edib. 

Görüşlə bağlı Ermənistan hökumətinin başçısının mətbuat katibi Nazeli Baqdasaryan öz Facebook səhifəsində yazı yerləşdirib:

“Voskeparda baş nazir yerli sakinlərə Azərbaycanla sülh, o cümlədən sərhədlərin demarkasiyası prosesi ilə bağlı vəziyyəti təqdim edib. Sonra o, kənd sakinlərinin suallarını cavablandırıb”.

Öz növbəsində bir aydır Voskeparda yaşayan politoloq Suren Petrosyan qeyd edib ki, Paşinyanla görüş qapalı olub, insanlara heç nəyi lentə almağa icazə verilməyib.

Xatırladaq ki, Ermənistan hökumətinin başçısı martın 18-də Voskeparda olub, sakinlərə 10 gündən sonra geri dönəcəklərini vəd edib. Amma əslində bu, bir ay sonra baş tutub.









Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO