Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəzi ekspertlərin Ukraynanın cənub-şərqində yeni genişmiqyaslı hərbi əməliyyatların başlanması təhlükəsi ilə bağlı jurnalistlərin sualını cavablandırıb.
Bizim.Media bu haqda məlumatı “mk.ru” saytı yayıb.
"Artan gərginlik bizi narahat edir", deyə Peskov qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyanın istefa xəbərinə Kremldən REAKSİYA
O vurğulayıb ki, Ukrayna tərəfi bu və ya digər şəkildə müharibəyə səbəb olacaq təxribat xarakterli hərəkətlər edə bilər.
"Əlbəttə ki, bunu görmək istəməzdim". Prezidentin mətbuat xidmətinin rəhbəri belə deyib.
Kremlin sözçüsü “Rusiyanın bu müharibədə Donbas tərəfində iştirak edib-etməmək ehtimalına dair sualı cavablandırarkən belə deyib: "Mən orada baş verən vətəndaş müharibəsini nəzərdə tuturam”.
Eyni zamanda, Ukrayna prezidentləri - Vladimir Zelenski və Petro Poroşenkonun hərəkətlərini müqayisə edən Peskov xatırladıb ki, Ukrayna silahlı qüvvələrinin öz xalqına qarşı hərbi əməliyyatları və təcavüzü Poroşenkonun rəhbərliyi dövründə başlayıb.
Bizim.Media