Azərbaycanlılar ən az BALIQ YEYƏN xalqdır – Balıqçılığın inkişafına nə mane olur? 

Azərbaycanlılar ən az BALIQ YEYƏN xalqdır – Balıqçılığın inkişafına nə mane olur? 

Hazırda oxunan: Azərbaycanlılar ən az BALIQ YEYƏN xalqdır – Balıqçılığın inkişafına nə mane olur? 

93101

“Ümumilikdə el arasında balıqla bağlı  belə bir deyim var ki, tərkibində “R” hərfi olmayan aylarda balıq yemək olmaz”. Bunun hansı fəlsəfəsi və ya elmi izahı var, onunla işimiz yoxdur. Bununla bərabər azərbaycanlılar dünyada ən az balıq yeyən xalq kimi tanınırlar. Çünki əksər xalqlarda ən azı həftənin bir günü tam balı günü elan edilir. Amma bizdə elə bölgələr var ki, ildə bir dəfə balıq yeyir, ya yemir.

“Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosasiyası” İctimai Birliyinin sədri Zaur Salmanlı da balığı “R” hərfinə bağlamağı cəfəngiyat adlandırıb:

“İlin istənilən fəslində və günündə balıq yemək olar. Balıq mövsümü adətən payızda başlayır. Bu onunla əlaqədardır ki, əsasən oktyabr, noyabr aylarında “kütüm”, “xəşəm”, eləcə də digər balıqlar dənizdən daha çox çıxdığı üçün onlar daha çox istehlak olunur.

Nohur balıqçılığında isə çəkikimilərdən olan “çəki”, “xanı balığı”, “alabəzək”, “ağ amur” balıqlarının yığımı payız aylarına düşdüyü üçün biz onları kütləvi şəkildə bazarlarda görə bilərik. Daha qiymətli balıqlar arasında olan farel və nərəkimlərə isə ilin bütün fəsillərində rast gəlinir”. 

Bizim.Media-ya verdiyi açıqlama zamanı ekspert balıqçılığımızdakı mövcud problemləri də sadalayıb:

“Bu gün balıqçılığımızın ən böyük problemi balıq və balıq məhsullarının kənd təsərrüfatı məhsulları sırasında olmamasıdır. Ondan qaynaqlanan subsidiyaların tətbiq olunmamaması, dövlət dəstəyinin verilməməsini də bura daxil edə bilərik. Bu gün ölkədə balıqçılıq strategiyasını yönləndirən müvafiq icra orqanı da yoxdur”.
 

Ekspert bildirib ki, əslində balıq və balıqçılıq bütün tarix boyu ən faydalı sahə hesab olunub. Balı həm də Allahın ən az zəhmətlə bəxş etdiyi nemətlərdən biridir. Onun insan orqanizmi üçün böyük faydaları var. Bütün ağır iqtisadi sınaq dönəmlərində əhali balıqçılığa sığınıb.


Vəziyyətdən bununla çıxış yolu əldə ediblər:

“Balığı və balıqçılığı ölkədə təşviq eləməyə ehtiyac var. Bu baxımdan lazımi proqramlar, layihələr hazırlanmaq lazımdır. Amma biz nə görürük? Balıqçılıqla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeydiyyat prosesi xeyli çətinləşib. Ona görə də bununla əlaqər dövlət strategiyası müəyyənləşməli və onu yönləndirən bir qurum ortaya çıxmalıdır”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO