“Bu şəhərdə”nin Rafaeli nadir kolleksiyasını ÜZƏ ÇIXARDI - FOTO  

“Bu şəhərdə”nin Rafaeli nadir kolleksiyasını ÜZƏ ÇIXARDI - FOTO  

Hazırda oxunan: “Bu şəhərdə”nin Rafaeli nadir kolleksiyasını ÜZƏ ÇIXARDI - FOTO  

91562

“Bu şəhərdə” estrada teatrının aktyoru, Əməkdar artist Rafael İsgəndərov nadir hobbisini üzə çıxarıb.

Bizim.Media xəbər verir ki, aktyor kiçik ölçülü oyuncaq motosikletlər topladığını açıqlayıb.

Kolleksiyasında yer alan iyirmiyə yaxın nəqliyyat vasitəsini nümayiş etdirən Rafael onların sayını artırmaq niyyətində olduğunu bildirib.

“Bu da mənim hobbim. Bu hələ kolleksiyamın yarısıdır. Hara getsəm, mütləq tapıb alıram. Dostlarım da hobbimi bilib, alıb gətirirlər” deyə R.İsgəndərov paylaşımına şərh yazıb. 

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO