Şah İsmayıl sarayına çəkilib ölümünü gözləyirdi – Çaldıran döyüşündə FARS FİTNƏSİ

Şah İsmayıl sarayına çəkilib ölümünü gözləyirdi – Çaldıran döyüşündə FARS FİTNƏSİ

Hazırda oxunan: Şah İsmayıl sarayına çəkilib ölümünü gözləyirdi – Çaldıran döyüşündə FARS FİTNƏSİ

90698

Türkün tarixində keşməkeşli hadisələr çox olub. Zaman-zaman eniş və yüksəlişlərlə bərabər elə tarixlər də var ki, bu sonrakı dövr üçün bütöv bir xalqın, dövlətin müqəddaratını həll edib.
23 avqust 1514-cü il. 

Məhz bu tarixdə iki türk dövləti üz-üzə gəldi. Minlərlə türkün həlak olduğu məşhur Çaldıran döyüşündə Osmanlı İmperiyası və Səfəvi dövləti xeyli itkiyə məruz qaldı. Əgər bu döyüş olmasa idi indi dünyanın siyasi xəritəsi tamamilə başqa cür ola bilərdi. Bəlkə də elə bu səbəbdən bir çox xarici qüvvələr iki türk dövlətini üz-üzə gətirdi.

Təsadüfi deyil ki, bütün yanaşmalarda bir fikir ana xətt kimi qalır ki, Şah İsmayılla Sultan Səlim üz-üzə gətirən xarici qüvvələr idi. Bəs bu qüvvələr hansılar idi?

Bizans və digər Avropa dövlətləri bu döyüşün əsas səbəbkarı idi

Tarixi mənbələrdə göstərilir ki, Şah İsmayıl Bizans imperatorları ilə yazışırdı. Və onlar İsmayılı təhrik elədilər ki, Osmanlı ilə müharibə eləsin. Maraqlıdır ki, 1453-cü ildən sonra Bizans imperatorluğu yox idi. Bizans olmadığı bir halda, Şah İsmayıl o məktubu görəsən kimə yazırmış? Və yaxud nəyə görə Sultan Səlim bütün Avropa dövlətləri ilə müharibəni tələm-tələsik dayandırıb, Venesiya, Genuya və Avstriya ilə apardığı müharibələri durdurub onlarla güzəştli şərtlərlə sülh müqaviləsi imzalayır.

Bunu ardınca isə bütün gücünü Şərqə yönəldir. Sultan Səlimin vaxtında Avropa ölkələri ilə Osmanlı demək olar ki, müharibə aparmayıb. Əksinə, Səlimin apardığı siyasət islam dünyasını parçalayırdı. Tutaq ki, İsmayıl onların təbirincə desək, şiə idi. Bəs Misir Məmlük sultanlığının günahı nə idi? Onlar ki, sünni idilər. Göründüyü kimi Avropa dövlətləri Sultan Səlimi qızışdırıb islam dünyasının üstünə saldılar. 

Səfəvi sarayında fars fitnəsi

İkinci ehtimal ondan ibarət idi ki, İranda uzun müddət türklərin hökmüranlıq etməsi ilə farslar da heç cürə barışa bilmirdilər. Müxtəlif vaxtlarda saray daxili və ölkə içində fitnələr salmaqla hakimiyyətin ən ağıllı adamlarını elə hakimiyyətin öz əli ilə məhv etdirsələr də farslara daha ciddi nifaq lazım idi. Öz məqsədlərinə gedən yolda sui-qəsd hərəkətləri ilə şajhın çevrəsini də daraltmağa çalışırdılar.

Bəziləri etimad qazanaraq çuğulluq edir, şahın ən yaxın qohumlarını belə zərərsizləşdirirdilər. Farsların sarayı tam çökdürmək üçün isə daha böyük nifaqa ehyiyac vardı.
Osmanlıya olan münasibəti şahın gözündə daha da alovlandırmaq üçün müxtəlif ucqarlarda şiə əhalisinin kütləvi qətlini törədərək Şah İsmayıla yalan məlumatlar çatdırırdılar ki, Sultan Səlimin adamları bizim hakimiyyətimiz altında olan insanlardan zor gücünə xərac yığır və yerli əhalini qətl edir. Farsların bu cür hərəkətləri alovlanan Osmanlı və Səfəvi münasibətləri zmanı daha da intensivləşirdi.
Daha ciddi münaqişənin yaranması üçün Şah İsmayılın məktub və yazışmalarını tərtib edən katiblərin arasında xəyanətkar fars nümayəndələri yerləşdirilir, mətinlərin tərtibində daha alovlandırıcı, təhqir edici ifadələrdən istifadə edirdilər. Nəticədə Sarayda sağlam düşüncə idarə olunmaz hala gəlib çatmışdı. 

Xarici qüvvələr məzhəb məsələsindən lazımınca faydalandı

Üçüncü ehtimal ondan ibarətdir ki, iki türk dövlətinin birləşməsindən və yaxud strateji müttəfiq olmasından qorxuya düşən qonşu dövlətlər məkrli planlar hazırladılar. 

Bütün tarixi faktlar sübut edir ki, Çaldıran döyüşünün baş verməsində şiə-sünnü məsələsi başlıca amillərdən biri olub. Bu məsələdə Orta Asiya dövlətlərinin də yanlış baxışları az rol oynamayıb.
1512-ci ildə I İsmayılın sərkərdəsi Ərzincan hakimi Rumlu Nurəli xəlifə yerli qızılbaşların yardımı ilə Kiçik Asiyada Qarahisar və Malatya şəhərlərinə yiyələndi. Bununla eyni vaxtda qızılbaş sərkərdəsi Məhəmməd xan Ustaclı Diyarbəkri ələ keçirdi. Sultan I Səlim Yavuz taxta çıxan kimi qonşu Avropa və Asiya dövlət başçıları onu tanımaq üçün səfirlərini Ədirnəyə göndərdilər. Onların içərisində Səfəvilərin elçisinin olmaması sultana toxundu.

O, hakimiyyətə gələn kimi (1512-1520) Osmanlı dövlətinin qızılbaşlarla ilişkiləri dəyişdi və onda qardaş qırğınına getmək düşüncəsi daha da alovlandı. Bunun üçün o, bir sıra işlər gördü: Avropa ölkələri ilə ilişkilərini artırdı, onlarla işbirliyi sazişləri bağladı. Bununla paralel Mavərənnəhrin özbək padşahı Ubeydulla xanla müttəfiqlik sazişi imzaladı. Bu azmış kimi özbək dövlətindəki qızılbaş dərviş təriqətlərinin tərəfdarları olan şiələri ucdantutma qırdırıldı. Bunun üçün hər vilayətdə 7-dən 70 yaşınacan bütün şiə kişiləri siyahıya aldırdı.

Təkcə bu tədbirlərin birində 40 min şiə türk qılıncdan keçirildi; sultan işğalçılıq istəyini ört-basdır etmək üçün 1514-cü ilin yazında Ədirnədə gözlənilməz bir toplantı çağırdı. Toplantıda sünnü alimləri qızılbaş şiələri ilə savaşı bütün müsəlmanların müqəddəs borcu olduğunu elan etdilər.  
Bu hadisədən bir neçə ay sonra isə qorxunc Çaldıran döyüşü baş verdi. 

Çaldıranla yeni fəlakətimizin özülü qoyuldu. Bu savaşda qalib olmadı. Əslində hər iki tərəf məğlub idi. Ona görə ki, "türk türklə döyüşəndə həmişə məğlub olub". Təsadüfi deyil ki, Çaldıran döyüşündən sonra Şah İsmayıl ömrünün sonunadək heç zaman əlinə qılınc almır, heç bir hərbi yürüşə getmir. Sarayına çəkilib, ölümünü gözləyir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO