“Qanlı Yanvar faciəsini işıqlandırmaq üçün 48 saat qatarda gizlənərək gəldim” - Reza Deqati 

“Qanlı Yanvar faciəsini işıqlandırmaq üçün 48 saat qatarda gizlənərək gəldim” - Reza Deqati 

Hazırda oxunan: “Qanlı Yanvar faciəsini işıqlandırmaq üçün 48 saat qatarda gizlənərək gəldim” - Reza Deqati 

9057

“Eşitdim ki, ruslar bizimkiləri qırırlar, mən Parisdən Moskvaya uçdum. Düz 48 saat müddətində qatarda gizləndim”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Azərbaycan əsilli fransız fotoqrafı Reza Deqati söyləyib.

“Bakıya  gələndə artıq yanvar ayının 22-si idi. Məni 3 gün Bakıda gizli saxladılar. Bu 3 gün ərzində xəstəxana və morqlarda çəkilişlər etdim. Ruslar o vaxt icazə vermirdilər ki, jurnalistlər bu hadisəni işıqlandırsınlar".

"Bir azərbaycanlı jurnalistin bu faciədən yazmasına, çəkməsinə  isə heç icazə yox idi. Ruslar o vaxt məni tutsa idilər, ömürlük həbs edəcəkdirlər. Mən xatırlayıram ki, həmin günü böyük bir yürüş var idi. Elə ilk fotonu  da o izdihamdan çəkdim”, deyə o, qeyd edib.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO