Hacıqabulda iki avtomobil toqquşdu - YARALILAR VAR

Hacıqabulda iki avtomobil toqquşdu - YARALILAR VAR

Hazırda oxunan: Hacıqabulda iki avtomobil toqquşdu - YARALILAR VAR

89907

Hacıqabul rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistralının şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mersedes” markalı avtomobil qarşıda gedən eyni markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Onlardan biri, Gəncə şəhər sakini, 1953-cü il təvəllüdlü Həsənov Eyyub Teyyub oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digər şəxs isə xəsarəti yüngül olduğu üçün tibbi yardımdan imtina edib.
Faktla bağlı araşdırma aparılır. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO