Gənc gimnastımız ilk dəfə Avropa Çempionatının FİNALINDA 

Gənc gimnastımız ilk dəfə Avropa Çempionatının FİNALINDA 

Hazırda oxunan: Gənc gimnastımız ilk dəfə Avropa Çempionatının FİNALINDA 

88619

Almaniyanın Münhen şəhərində idman gimnastikası üzrə Avropa Çempionatına start verilib.

Bizim.Media xəbər verir ki, Çempionatda əvvəlcə qadın gimnastlar mübarizəyə qoşulublar.

Azərbaycanı bu yarışda Nazənin Teymurova, Duyğu Əlizadə, Milana Minakovskaya, Samirə Qəhrəmanova təmsil edib.

İdmançılarımızdan ən yaxşı nəticəni Nazənin Teymurova göstərib.

Belə ki, gimnastımız dayaqlı tullanma üzrə hərəkətlərdə uğurla çıxış edərək Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq qadın idman gimnastikası üzrə gənclər yaş kateqoriyasında finala vəsiqə qazanıb.

Nazənin bununla, həmçinin adıçəkilən idman növü üzrə Avropa Çempionatının final mərhələsinə adlayan ilk azərbaycanlı gimnast kimi adını tarixə yazdırıb.

Final mərhələsinin yekununa əsasən, idmançımız qitə çempionatını 5-ci pillədə başa vurub.

Qeyd edək ki, böyüklərdən ibarət yığma komandamızın üzvləri Milana Minakovskaya və Samirə Qəhrəmanova avqustun 17-18-də V İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO