Rusiya mətbuatı “Qarabağ”a uduzan Çerçesovu yıxıb sürüdü - FOTOFAKT

Rusiya mətbuatı “Qarabağ”a uduzan Çerçesovu yıxıb sürüdü - FOTOFAKT

Hazırda oxunan: Rusiya mətbuatı “Qarabağ”a uduzan Çerçesovu yıxıb sürüdü - FOTOFAKT

88085

“Ferensvaroş”un heyəti  "Qarabağ"ın futbolçu heyətindən təxminən üç dəfə bahadır. Amma futbolda hər şeyi pul həll etmir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiyanın məşhur “Спорт-Экспресс” nəşri yazıb. Nəşr daha sonra qeyd edir ki, “Çerçesovun komandası iki görüşdə heç cür rəqibinə qalib gələ bilmədi və Avropa Liqasına yollandı”.

Onlar komandaların təcrübəsini və imkanlarını da analiz edərək Çerçesovun ünvanına ağır tənqidlər səsləndiriblər. Rusiya mətbuatında Çerçesovun millidən uzaqlaşdırılmasına da bu məğlubiyyətdən sonra haqq qazandırılıb.

Qeyd edək ki, Çempionlar Liqasının lll təsnifat mərhələsində “Qarabağ”-ın “Fernsvaroş”la Bakıda keçirilən birinci oyunundan sonra Rusiyanın bütün aparıcı televiziya və elektron KİV-ləri pley-off mərhələsinə macarların keçəcəyini iddia edirdilər.

Fikirlərini də onunla əsaslandırırdılar ki, “Ferensvaroş” daha güclü komandadır və onun başında Çerçesov kimi təcrübəli məşqçi dayanır. Bu həm də Rusiya futbolunun təntənəsi kimi şərh edilirdi.

Lakin bu komandalar arasında keçirilən ikinci görüşdə bütün iddialar alt-üst oldu. “Qarabağ” komandası rəqibə öz meydanında göz açmağa imkan vermədi. Və iki görüşün nəticəsinə görə “Qarabağ”(4-2) növbəti mərhələyə adladı. 
Məhz bundan sonra Rusiya mətbuatı 180 dərəcə dəyişdi və Azərbaycan komandası haqqında xoş sözlər demək məcburiyyətində qaldılar.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO