İtkin düşmüş hərbçilərin axtarışları davam etdirilir – RƏSMİ  

İtkin düşmüş hərbçilərin axtarışları davam etdirilir – RƏSMİ  

Hazırda oxunan: İtkin düşmüş hərbçilərin axtarışları davam etdirilir – RƏSMİ  

84764

“Müvafiq qurumlarla birlikdə həm I Qarabağ, həm də II Qarabağ müharibəsində həlak olmuş şəxslərin şəxsiyyətinin müəyyən olunması, bununla əlaqədar zəruri tədbirlərin görülməsi istiqamətində də işlər davam etdirilib”. 

Bizim.Media xəbər verir ki, bunu Hərbi Prokurorluğun kollegiya iclasında Hərbi prokuror Xanlar Vəliyev deyib. 

Bildirilib ki, Hərbi Prokurorluq əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin işçiləri ilə birgə intensiv əməliyyat-istintaq tədbirləri, təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar keçirilməklə, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən 44 günlük döyüş əməliyyatlarında həlak olmuş şəxslərdən indiyədək 2908 şəxsin, o cümlədən itkin düşmüş hərbi qulluqçularımızın şəxsiyyətlərinin müəyyən edilərək meyitlərinin ailələrinə təhvil verilməsi təmin olunub. 
 

Apa.az-ın məlumatına görə, itkin düşmüş 6 hərbi qulluqçunun olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda müntəzəm işlər aparılır. 


Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilən sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO