“Sığorta haqlarının müəyyən edilməsində sosial ədalətsizlik var” – Millət vəkili

“Sığorta haqlarının müəyyən edilməsində sosial ədalətsizlik var” – Millət vəkili

Hazırda oxunan: “Sığorta haqlarının müəyyən edilməsində sosial ədalətsizlik var” – Millət vəkili

82731

Hazırda diqqət mərkəzində olan məsələlərdən biri də sığorta haqqlarının necə müəyyənləşdirilməsi və hansı meyarlara uyğunlaşdılmasıdır. Məlum olduğu kimi işəgötürəndən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 min manata qədər olan hissəsindən 2%, 8 min manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur.

Ölkəmizdə hazırda orta ylıq əmək haqqı 732,1 manatdır. Amma sığorta haqqlarında əsas dəyər meyarı 8 min manatdır.

8 min manat meyarı gəlir vergisində güzəştlər də tətbiq olunur. Orta aylıq əmək haqqı 731 manatdırsa o zaman nə üçün sığorta haqqlarında meyar 8 min manat nəzərdə tutulmalıdır? 

Yüksək gəlirli sektorlarda çalışan 8 min manat əmək haqqı alan vətəndaşın aylıq tibii sığorta ödənişi 160 manatdır. Bu illik 1920 manat deməkdir. Həmin vətəndaşımız bu vəsaitə əksər halları əhatə edən könüllü həyat sığortası ala bilərsə o zaman nə üçün o icbari tibii sığorta daha geniş xidmətlərdən istifadə edə bilməsin? Ödənilən məbləğə uyğun premium paketlərin də təklif olunmasın?

Bizim.Media millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramovun bu məsələyə münasibətini öyrənib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın sığorta bazarındakı vəziyyətlə bağlı AÇIQLAMA 


Millət vəkili bildirib ki, “İcbari tibbi sığortanın maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi və şaxələndirilməsinə ehtiyac var.

İcbari tibii sığorta xərclərin 60 faizindən çoxu dövlət büdcəsi hesabına ödənilir. İkinci əsas mənbə vətəndaşların ödədiyi vəsaitlərdir. Bu sığortanın maliyyə mənbələrinin dayanıqlığına təsir edir. Sığortanın maliyyə mənbələrinin dayanıqlığını gücləndirmək üçün digər mənbələrdən vəsaitlərin cəlb edilməsinə ehtiyac var. Təəssüf ki, “re-financing” kimi alətlərdən istifadə etməklə digər mənbələrdən əldə edilən vəsaitlərin həcmi olduqca azdır. Xüsusən büdcədən asıllığın azaldılması zəruridir. Çünkü mövcud vəziyyət sığorta mexanizimini büdcə imkanlarından asılı edir”.

Vüqar Bayramov onu da əlavə edib ki, “icbari tibbi sığorta artıq reallıqdır. Amma sistemin təkmilləşdirilməsi üçün maliyyələşmə, sığorta haqqları, hesabatlılığın artırılması ilə bağlı istiqamətlərdə fəaliyyətlər genişləndirilməlidir. Hazırkı vəziyyətdə isə sığorta haqlarının müəyyən edilməsində sosial ədalətsizlik var”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO