Kərim OD PÜSKÜRDÜ:

Kərim OD PÜSKÜRDÜ: "1998-ci ildə “hit” oxuyub, indi də “Xalq artisti” olub" - VİDEO  

Hazırda oxunan: Kərim OD PÜSKÜRDÜ: "1998-ci ildə “hit” oxuyub, indi də “Xalq artisti” olub" - VİDEO  

80952

“Bir Xalq artisti meyxanaçı Üzeyir Mehdizadəni vururdu. Üzeyir dünyada tanınır. Xalq artistləri, Biləcəridən o yana tanınmırsınız. Axı sizin sənətiniz böyükdür, “full” müğənnisiniz, iddialı ifaçılarsınız. Sizi niyə tanıyan yoxdur? Niyə Üzeyiri tanıyan, sevənlər ordusu var, amma sizin yoxdur?”  

Bizim.Media xəbər verir ki, bu sözləri Kərim Abbasov “MTV maqazin” verilişinə müsahibəsində deyib.  

Müğənni bir sıra Xalq artistlərinin bayağı ifaçıları və onların oxuduqları mahnılara üsyanını məsxərəyə qoyub.  

K.Abbasov “mənəm-mənəmlik” edən müğənnilərin sənətlərində sərhədləri aşa bilmədiklərini vurğulayaraq, onları yerdən yerə vurub.  

“Bəzi Xalq artistləri var deyirlər ki, biz belə mahnılara (red. bayağı) qulaq asa bilmirik. Gedin sizdə dünya ulduzları ilə duetlər oxuyun. Əlinizi cibinizə atın, pul buraxın.  
Sənətinizdə Azərbaycan sərhədlərini aşın. Axı edə bilmirsiniz. Heç olmasa Aygün Kazımova ilə Röya Ayxana gəlin çatın. Qalmısınız altılıqda, yeddilikdə. 1998-ci ildə bir dəfə “hit” oxuyub, indi də “Xalq artisti” fəxri ada sahiblənib”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO