FHN-dən hindistanlı turistin axtarışı barədə AÇIQLAMA 

FHN-dən hindistanlı turistin axtarışı barədə AÇIQLAMA 

Hazırda oxunan: FHN-dən hindistanlı turistin axtarışı barədə AÇIQLAMA 

77501

Fövqəladə Hallar Nazirliyi (FHN) Zaqatala rayonu ərazisində itkin düşən Hindistan vətəndaşının axtarışı barədə məlumat yayıb. 

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə 13 may 2022-ci il tarixində Zaqatala rayonu ərazisində Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin itkin düşməsi barədə məlumat daxil olub.

M.Kondaveetinin itkin düşməsi ilə əlaqədar FHN və digər aidiyyəti dövlət qurumları tərəfindən axtarış-xilasetmə tədbirləri təşkil olunub. 

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə (mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə) FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunmaqla axtarış-xilasetmə işləri davam etdirilir. 
Əlavə məlumat veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO