Yaponiyada son 20 ildə böyük səylər nəticəsində azalmış intihar nisbəti, bu il xüsusilə gənc qadınlar arasında koronavirusun verdiyi stress səbəbilə artıb. Sentyabr ayında ölkədə 1800-dən çox insan özünə qəsd edib.
20 yaşınadək qadınların intihar sayı keçən ilin indiki dövrü ilə müqayisədə dörd dəfə çoxdur.
Yaponiya hökuməti, koronavirus epidemiyasının bir çox gəncin həyatına mənfi təsir etdiyini qeyd edib. O, çətin vəziyyətdə olan gənclərdən problemlərini gizlətməmələrini xahiş edib.
Hətta intihar edənlər arasında 4 məşhur da var. Ölkədə ruhi sağlamlıqdan danışmaq hələ də tabu olaraq qalır.