İrəvan şəhərində “Gəncliyin səsi” tələbə hərəkatının nümayəndələri metronun “Yeritasərdəkan” stansiyasında etiraz aksiyası keçirib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Sputnik Armenia” nəşrində yer alıb.
Mənbə yazır ki, “Müqavimət” hərəkatının fəalları səhər saatlarında vaqonların qapıları arasında oturublar və qatar hərəkət edə bilməyib.
Aksiya bir neçə dəqiqə davam edib, bundan sonra tələbələr vaqona “Artsax”ın (Qarabağdakı qondarma rejim) bayrağını yapışdırıblar. Metro əməkdaşları isə bayrağı cırıb yerə atıblar.
Tələbələr vaqonun içində “Nikol xaindir!” şüarını səsləndiriblər.
Polis “Respublika meydanı” stansiyasına gələn aksiya iştirakçılarını bölməyə aparıb. Aksiyada iştirak edən deputat Areqnaz Manukyan onların hansı əsasla bölməyə gətirildiklərini soruşsa da heç bir cavab almayıb. Polis onun suallarından yayınıb.
Metropolitenin mətbuat xidmətindən nəşrə bildiriblər ki, metronun işi saat 09:30-dan sonra bərpa olunub və qatarların hərəkət cədvəlində heç bir dəyişiklik yoxdur.
Xatırladaq ki, mayın 2-dən etibarən müxalifət İrəvanda baş nazir Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir.
Onların fikrincə, hakimiyyətin siyasəti dövlətçiliyin itirilməsinə yönəlib və Qarabağdakı qondarma rejimin mövcudluğuna təhlükə yaradır.
Bizim.Media
- A-
- A
- A+
Region
10:43 / 23.05.2022
İrəvanda metro əməkdaşları vaqona yapışdırılan “Artsax” bayrağını cırdı – VİDEO
Hazırda oxunan: İrəvanda metro əməkdaşları vaqona yapışdırılan “Artsax” bayrağını cırdı – VİDEO
Hazırda oxunan: İrəvanda metro əməkdaşları vaqona yapışdırılan “Artsax” bayrağını cırdı – VİDEO
75696
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.