Nərmin Salmanova: “Azərbaycan 12 xalı Britaniyaya deyil, Ukraynaya verib” – VİDEO

Nərmin Salmanova: “Azərbaycan 12 xalı Britaniyaya deyil, Ukraynaya verib” – VİDEO

Hazırda oxunan: Nərmin Salmanova: “Azərbaycan 12 xalı Britaniyaya deyil, Ukraynaya verib” – VİDEO

74407

Xəbər verdiyimiz kimi, “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində münsif səsverməsi zamanı canlı efirdə texniki problem yaşanıb.

Bizim.Media xəbər verir ki, əvvəlcədən elan verildiyi kimi Azərbaycandan səsləri "İctimai Televiziya"nın xəbər aparıcısı Nərmin Salmanova deyil, yarışmanın meneceri Erik Martin Osterdal təqdim edib.

O, Azərbaycanın 12 xalı Böyük Britaniyaya verdiyini açıqlasa da, əslində isə bunun belə olmadığı ortaya çıxıb.

Belə ki, "Avroviziya-2022" müsabiqəsi bitəndən sonra Nərmin Salmanova "İTV"-də canlı yayımlanan "Sabaha saxlamayaq" verilişində Azərbaycanın 12 xalını əslində Ukraynaya verdiyini bildirib.

O, yalnış informasiya ilə bağlı bu məsələnin üzərində araşdırma aparıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, müsabiqənin qalibi 631 xalla Ukraynanın "Kalush Orchestra" qrupu olub.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO