Qaribaşvili: “Gürcüstanın gələcəyi Ukraynadakı müharibənin nəticəsindən asılıdır”

Qaribaşvili: “Gürcüstanın gələcəyi Ukraynadakı müharibənin nəticəsindən asılıdır”

Hazırda oxunan: Qaribaşvili: “Gürcüstanın gələcəyi Ukraynadakı müharibənin nəticəsindən asılıdır”

73494

Ukraynadakı müharibənin nəticəsi Gürcüstanın gələcəyini müəyyən edəcək.

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avropa Gününə həsr olunmuş tədbirdə çıxışında deyib.

“Ukraynada müharibənin başa çatması hər kəs üçün böyük əhəmiyyət kəsb edir, bütün dünyanın, o cümlədən Gürcüstanın gələcəyi müharibənin nəticələrindən asılıdır. Ona görə də müasir dünyanın Avropanın üzləşdiyi bu çağırışa necə cavab verəcəyi çox vacibdir”, deyə o, qeyd edib.

Baş nazir ölkəsinin Avropanın yanında olduğunu, Gürcüstanın isə Avropa ilə ortaq dəyərlərə malik olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO