Siyavuş Novruzovdan TƏKLİF: “Tədricən müqaviləli orduya keçməliyik”

Siyavuş Novruzovdan TƏKLİF: “Tədricən müqaviləli orduya keçməliyik”

Hazırda oxunan: Siyavuş Novruzovdan TƏKLİF: “Tədricən müqaviləli orduya keçməliyik”

72880

“44 günlük Vətən müharibəsi özü də göstərdi ki, hərbi çağırışla və müqavilə ilə orduya cəlb olunanlar arasında ciddi fərqlər var”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib. 

“Bu özünü həm aprel, həm Tovuz, həm də 44 günlük müharibədə özünü göstərdi. Düşünürəm ki, tədricən möhlətlərdən uzaqlaşıb, çağırışla bağlı məsələnin həllinə nail olmalıyıq.  Ali Baş Komandanın səyi ntəicəsində ordumuza ən yüksək texnologiyalar cəlb olunub. Adi çağırışçı yeni texnikalardan istifadəni öyrənə də bilməz. Onlar neçə milyon manatlıq texnikalardır.
Tədricən müqaviləli orduya keçməsinin dorğu olacağını düşünürəm. İnsanların təhsildən ayırlıb bir il, ilyarım orduya cəlb olunduqdan sonra yenidən təhsilə qayıtması çətinləşir”, - deyə deputat əlavə edib. 

O, gələcək dövrdə dini baxışları və inancları ələ silah götürmək istəməyən şəxslər üçün alternativ xidmətin yaradılmasını da təklif edib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO