Taleh Kazımov Mərkəzi Bankın sədri təyin edildi - SƏRƏNCAM

Taleh Kazımov Mərkəzi Bankın sədri təyin edildi - SƏRƏNCAM

Hazırda oxunan: Taleh Kazımov Mərkəzi Bankın sədri təyin edildi - SƏRƏNCAM

69458

Taleh Tahir oğlu Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Elman Rüstəmovun yerinə təyin olunan Taleh Kazımovun 38 yaşı var.  Taleh Kazımov 11 sentyabr 1983-cü ildə Bakıda anadan olub. Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompüter mühəndisliyi" fakültəsində alıb. 

2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Corciya Ştat Universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr dərəcəsinə yiyələnib. 

Bundan başqa, Kazımov 2012-ci ildə London Biznes Məktəbinin və 2014-cü ildə Harvard Biznes Məktəbinin idarəçilər üçün xüsusi proqramlarını müvəffəqiyyətlə bitirib.  
 

MÖVZU İLƏ BAĞLI:

Taleh Kazımov Prezidentə TƏŞƏKKÜR ETDİ


Ənənəvi və rəqəmsal bankçılıq sahəsində kommersiya və investisiya bankçılığı, kredit və risklərin idarə olunması üzrə geniş təcrübəyə malik olan Taleh Kazımov 2015-ci ilin 1 iyulundan Paşa Bankın İdarə Heyətinin sədri vəzifəsini icra edirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO