Xocavənddə xarici şirkətə məxsus yük maşını oğurlandı - FOTO

Xocavənddə xarici şirkətə məxsus yük maşını oğurlandı - FOTO

Hazırda oxunan: Xocavənddə xarici şirkətə məxsus yük maşını oğurlandı - FOTO

68698

Xocavənddə xarici şirkətə məxsus avtomobil oğurlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb. 

Bildirilib ki, daxil olan məlumat əsasında Xocavənd Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə “Hovo” markalı yük maşınını oğurlamaqda şübhəli bilinən Elnur Alıpaşayev, Zahir Əsədullayev və İsmayıl Məmişov saxlanılıblar. 

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər əvvəlcədən razılaşaraq şirkətin olduğu yerə gəliblər və bir müddət sonra nəqliyyat vasitəsini rayon ərazisindən oğurlayaraq Sumqayıt şəhərinə aparıblar.
Polis əməkdaşları tərəfindən avtomobilin də yeri aşkar edilərək maddi sübut kimi götürülüb. 

Faktla bağlı Xocavənd RPŞ-də Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO